Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda polisin poqonunu cırdılar - Kütləvi dava

Bakıda polisin poqonunu cırdılar - Kütləvi dava
Dünən saat 21 radələrində Bakının Nərimanov rayonu ərazisində kütləvi dava olub.


ANS PRESS-in hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, Mayakovski küçəsi-9 ünvanında yerləşən kafenin müştəriləri ilə polis əməkdaşları arasında yaranan mübahisə sonradan davaya çevrilib. Sərxlş gənclər bir neçə polis əməkdaşına zor tətbiq ediblər, onlardan birinin poqonunu cırıblar. Dalaşan gənclərdən biri "Mən rəisin bacısı oğluyam" deyib və polis əməkdaşlarına qarşı zorakılıqda xüsusi fəallığı ilə seçilib.



Sonra əraziyə Post-Patrul Xidmətinin bir neçə avtomobili və xeyli sayda polis əməkdaşı gəlib. Lakin onlar sərxoş gənclərə müdaxilə etməyiblər. Bir neçə dəqiqə hadisə yerində dayanan və baş verənləri müşahidə edən polis əməkdaşları ərazini tərk ediblər. Sərxoş gəncləri yalnız bundan sonra sakitləşdirmək mümkün olub.



Hadisəni izləmək üçün əraziyə vətəndaşlar toplaşıb və Mayakovski küçəsində avtomobillərin hərəkətində problem yaranıb.



Nərimanov rayon Polis İdarəsindən məlumat almaq mümkün olmayıb. İdarənin növbətçi hissəsindən ANS PRESS-ə bildirilib ki, onlarda kütləvi dava ilə bağlı heç bir məlumat yoxdur.


Teqlər:
Bu xəbər cəmi 1480 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR