Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Telefonları təmirə verdilər, şirkət yoxa çıxdı- Bakıda+Foto

Telefonları təmirə verdilər, şirkət yoxa çıxdı- Bakıda+Foto


Azərbaycan mobil telefon servisi şirkəti ilə müştərilər arasında problem yaranıb. Vətəndaşlar “Qafqazinfo”ya müraciət edərək bu barədə məlumat verib. 



 



Müştərilər müəyyən problemi olan telefonlarını aldıqları dükanda rəsmi formada təmir servis şirkəti kimi göstərilən “MTS” (Mobil Texniki Servis) şirkətinə təhvil veriblər. Nizami küçəsi 147B ünvanında yerləşən filialda rəsmi nümayəndə olan Cabir Mirzəyev vətəndaşlara bildirib ki, 14 gündən sonra gəlib telefonu götürə bilərlər. 





Dünən həmin ünvana gedən şəxslər bu mənzərə ilə rastlaşıb. Obyekt boşdur və icarəyə verilir, şirkət isə köçüb. 



Müştərilər qeyd edib ki, şirkətin “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən digər filialı da boşaldılıb və eynən, həmin obyekt də icarəyə verilir.



Onlara verilən ödənişin qəbzində göstərilən telefon nömrələrinə edilən zənglərə isə cavab verilmir: "Şirkətin telefon mərkəzi olan “1678” xidməti zənglərə cavab vermir". 



Qeyd edək ki, dünən Nizami 147B ünvanın qarşısına 100-ə yaxın müştəri toplaşıb.



Şirkətin yerləşdiyi indi isə icarəyə verilən obyektin sahibi “Qafqazinfo”ya bildirib ki, şirkət avqustun 8-də həmin ünvandan köçüb. “MTS” bu ünvanda 2014-cü ilin noyabrın 25-də fəaliyyətə başlayıb.



Bu gün isə “Qafqazinfo”nun əməkdaşı həmin ünvanda olub. Məlum olub ki, dünən günortadan sonra şirkət müvəqqəti olaraq həmin obyektə qayıdıb.



Şirkətin işçisi bildirib ki, sistemdə texniki problem olduğu üçün müştərilərlə aralarında müəyyən problemlər yaranıb: “Sadəcə sistemdəki problemlərlə bizim bu ünvandan köçmək istəyimiz eyni vaxta düşdü. Buna görə də müştərilərdə panika yarandı. Bu obyekt bizim üçün çox böyükdür. Buna görə də “İçərişəhər” metrostansiyası yaxınlığında yeni ünvana köçəcəyik. Dəqiq ünvan və köçəcəyimiz gün bilinmir. Amma şirkət əvvəlki qaydada fəaliyyətini davam etdirəcək”.



Ofisə telefonu üçün müraciət edən müştərilərdən biri "Qafqazinfo"ya bildirib ki, ödəniş qəbzi əlində olsa da, sistemdə təmir üçün verdiyi telefon tapılmır və telefonun harada olduğu məlum deyil..


Teqlər:
Bu xəbər cəmi 1565 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR