Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nissan Elektrikli avtomobillər sahəsində liderdir

Nissan Elektrikli avtomobillər sahəsində liderdir


Nissan-ın UEFA Çempionlar Liqası ilə dördillik tərəfdaşlığının birinci ili Nis-san-ın karbonsuz gələcək öhdəliyinin reallaşması ilə sona çatdı. Çempionlar Liqası fi-nalının keçirildiyi Berlində yüzdən çox elektrik maşını istismara verilmiş və həmin avtomobillər üçün 129 enerji yığma məntəqəsi qurulmuşdu. 



 



Dünyada ən çox satılan elektrik avtomobillərinin yaradıcıları kimi Nissan LEAF elektrik avtomobillərində 1466 qonağın 3,932 kWh enerji ilə 23130 km məsafədə da-şınmasını təmin etmişdi. 2015-ci ilin ilk yarısında Nissan-ın Avropada elektrik avto-mobilləri üzrə satışı 11360 təşkil etdi ki, bu da elektrik avtomobilləri sektorunda Nis-san-ın bazarın lideri olduğunu göstərir. Təkcə Birləşmiş Krallıqda Nissan-ın elektrikli LEAF satışları indiyə qədər 10 160-a çatıb.



Nissan-ın Avropada Marketinq üzrə Vitse-prezidenti Bastien Schupp deyir ki, Nissan həyəcanlandıran innovasiyalar həyata keçirir: "Biz daim gördüyümüz hər işdə sərhədləri aşmağa çalışırıq. Bilirik ki, yaşadığımız həyat sürətlə dəyişir, şəhərlərdə iz-diham atır və nəticədə şəhər infrastrukturuna, enerji təchizatına yük düşür. Məhz bu-na görə, Nissan final zamanı UEFA ilə sıx əməkdaşlıq edərək bu beynəlxalq qlobal idman tədbirində şəhərə düşən yükü azaltmağa çalışmışdır."



Bundan başqa, Nissan Berlinin mərkəzində - "Brandenburg Gate"də keçirilən Çempionlar Festivalında 300000 tamaşaçıya elektrikli avtomobillər sahəsində öz li-derliyini nümayiş etdirə bildi və sıfır emissiyalı PART e-VAN istismara verildi. Final tədbirləri zamanı UEFA Çempionlar Liqası qaliblərini Çempionlar Festivalından Olimpiya stadionuna daşıyan tam elektrikli e-NV200 təqdim edildi. Berlindəki debü-tündən sonra təkərlər üzərində şou olan PARTe-VAN, tam elektrikli e-NV200 bütün yay ərzində davam edəcək Avropa səfər şousuna başladı.



Bu, Nissan-ın gələcək texnologiyaları bazara gətirmək yolunda atdığı addımlar-dan sadəcə biridir. Elektrikli avtomobillər sahəsində inqilabi yeniliklər üzrə ixtisas-laşmış Nissan lap başlanğıcdan bu yolda irəliləyir və bu gün bütün dünyada gediş mə-safəsi 1 milyard kilometrdən artıq olmaqla, elektrikli avtomobillər üzrə ən böyük müştəri bazasına malikdir.



Nissan 2014/2015 - 2017/2018 mövsümləri üçün UEFA Super Kubokunun və UEFA Çempionlar Liqasının rəsmi qlobal sponsorudur. Rəsmi tərəfdaş kimi, Nissan özünün eksklüziv məhsulları və xidmətləri ilə Avropanın ən nüfuzlu futbol yarışına qoşulacaq.



Nissan şirkəti Nissan, Infiniti və Datsun brendləri altında 60-dan çox model təq-dim edir. Nissan dünyada sıfır emissiyalı avtomobil hərəkəti üzrə liderdir ki, burada da ilk tam elektrikli LEAF avtomobillərinin kütləvi satışı əsas yer tutur. Bu, ən çox satılan elektrikli avtomobildir və sıfır emissiyalı avtomobil seqmentində onun payı demək olar ki, 50% təşkil edir.


Teqlər:
Bu xəbər cəmi 930 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR