Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Evakuatorun apardığı maşını cərimə meydançasından pulsuz çıxardılar

Evakuatorun apardığı maşını cərimə meydançasından pulsuz çıxardılar
«Bu dəfə ödə, tapşıracam daha aparmasınlar»


Bu gün axşam işdən evə qayıtmaq üçün plazadan çıxdım. Maşın saxladığım yerdə yox idi. Bəli, maşını evakuator aparmışdı. Adətən vacib bir hal yoxdursa dayanma və durma qaydalarını pozmuram. Sürücülərin parkomat pulunu ödəməsinə nəzarət edən əməkdaşdan soruşanda, dediki “Axı mən sənə demişdim, pul ödəmədin apardılar. Bizim idarə flan yerdədir, maşınıda “ştrafnoya” aparıblar.” deyib başını heyfslənirmiş kimi yellədi. Bir neçə gün əvvəl ona burda qanunsuz pul yığırsız deyib, bir balaca mübahisə etmişdim. “Sizin idarə nəyimə lazımdır” deyib, üz tutdum Cavanşir (köhnə Qaqarin) körpüsünün yanına. Əraziyə ən yaxın duracaq orda yerləşir. Məni duracağa aparan taksi sürücüsü ilə söhbətləşəndə, dedimki “qanunsuz evakuasiya ediblər”, dediki “maşın ordadısa ancaq pul verib çıxarda bilərsən. Kim olur olsun pulsuz mükün olmayacaq”.



Yol boyu 102 qaynar xətt daimi məşqul olduğundan problemin həllini yalnız özüm həll etməli olacaqdım. Duracaqda xüsusi daxma var, avtomobili orda olanlar bir-bir daxil olub “cəriməni” ödəyib, maşını çıxardırlar. Maşının salamat olduğunu yoxladıqdan sonra, sənədləri götürüb daxil oldum həmin otağa. İçəridə bir mülkü geyimli şəxs və bir də çavuş əyləşmişdi. Mülkü geyimli olan məsələni aydınlaşdırır və sürücülər nağd şəkildə çavuşa ödəniş edirdilər.



Sənədləri təqdim edib, maşının müvəqqəti duracağ gətirilmə səbəbini soruşdum. Maşını dayanacaqda saxladığım yeri də yaxşıca izah etdim. Sonra xahiş etdim ki, aktı təqdim etsinlər və qərar hissəsini boş saxlamaqla protokol tərtib etsinlər.



Təmkinli şəkildə vəziyyəti tam başa salıb və maşını qanunsuz olaraq duracağa aparıldığını izah etməyimə baxmayaraq israrla qanun pozduğumu deyirdilər. Amma səhv olduqlarını bildiklərini hiss edirdim. Mülkü şəxs məsələni yumuşaltmaq adına “sənə protokol yazmırıq, xəbərdarlıq edirik, evakuasiya pulunu (20 AZN) ödə və maşını çıxart” deyirdi. Bir qəpik pul ödəməyəcəyimi israrla deyib daha dərindən avtomobili qanunsuz olaraq duracağa gətirdiklərini izah edirdim.



Məlum oldu ki, parkomatda dayanacaq pulunu ödəmədiyim üçün evakuasiya ediblərmiş. İçimdə “məndə elə bunu eşitmək istəyirdim” deyib başladım izahata.



“Mən dayanma və durma qaydalarını pozmamışam. Avtomobili dayandırdığım küçənin başında 5.15 (duracaq yeri) nişanı var. Əlavə olaraq yeni peyda olmuş “Diqqət! Siz ödənişli duracağa daxil olursunuz” və 7.8 (pullu xidmətlər) nişanı yoxdur. Hansı ki, İnzibati Xətalar Məcəlləsində bu nişanın tələblərini pozulması halında heç bir cərimə nəzərdə tutulmayıb. Siz mənə avtomobili həmin yerdə ödənişli dayanacaqda saxlamlı olduğum haqqında bir nişan göstərin, sizinlə razılaşıb, inzibati tənbehi qəbul edəcəm”.



Artıq deməyə bir söz qoymamışdım və məni “yola vermək” adına əlavə, yol patrul xidməti əməkdaşlarına yaraşmayan cümlələrə keçmişdilər. “Sən bizi pis vəziyyətdə qoyursan”, “Biz bütün bunların hesabatını veririk”, “Bu dəfə sən ödə, tapşıracam daha sənin maşınını heç kim götürməyəcək” və s.



Dedim “xeyri yoxdur, artıq prinsipial olaraq bu məsələnin ardınca gedəcəm. Həmin yerdə əlavə nişanlar qoyulmadığı təqdirdə parkomatlarda da pul ödəməyəcəm”.



Başınızı çox ağrıtmayım, heç bir ödəniş etmədən, maşını sürüb ordan uzaqlaşdım. Bu yazını yazmaqda səbəbim odur ki, haqqınızı həmişə tələb edin. Və qanunlardan xəbərdar olun. Qanunları bildikdə “ştrafnoydan” pulsuz da maşını çıxarmaq mümkündür. Heyif bu səhnəni taksi sürücüsü görmədi.



Nəticə: Dayancaq yeri (P) nişanı olan yerdə parkomat olsa belə, sizdən ödəniş tələb etsələr belə qanunsuz olduğunu bilin. Əlavə nişanlar var ki, 7.8 (pullu xidmət) və “Diqqət siz ödənişli dayanacağa daxil olursunuz” məlumatlandırıcı nişanlara (bu nişanların tələbindədə boşluqlar var) diqqət edin.


Teqlər:
Bu xəbər cəmi 1330 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR