Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda orqan transplantasiyası üçün klinikalar yaradılır

Azərbaycanda orqan transplantasiyası üçün klinikalar yaradılır


Yaxın vaxtlarda Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq. 



 



Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin sosial-siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev deyib.



Onun sözlərinə görə, Azərbaycanda bir sıra klinikalar orqan transplantasiyası əməliyyatını həyata keçirsələr də, tibb müəssisələrinin hamısında bu imkanlar yoxdur. Millət vəkili qeyd edib ki, yeni yaradılacaq klinikalarda orqanların transplantasiyası üçün hər cür şərait təşkil olunacaq: “1999-cu ilin oktyabrın 28-də Azərbaycanda Mili Məclisdə orqan transplantasiyası ilə bağlı "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun layihəsi qəbul olunub. Hazırda ölkədə bu işi görə bilən klinikalar mövcuddur. Amma texniki baxımdan bəzi çatışmazlıqlar var. Ona görə insanlarda klinikaların bu işi yaxşı görə biləcəyinə inam azdır. Yeni yaradılacaq klinikalarda bu işi yüksək səviyyədə görmək üçün hər cür şərait formalaşdırılacaq. Artıq vətəndaşlarımızın orqan transplantasiyası üçün digər ölkələrə getməsinə lüzum qalmayacaq”.



Millət vəkilinin sözlərinə görə, bununla bağlı işlər gedir və çox qısa vaxtda sözügedən klinikaların yaradılmasına başlanılacaq.



Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən bu qanun layihəsində bir sıra qadağalar öz əksini tapıb.



Belə ki, 18 yaşına çatmayan şəxslərin donor qismində cəlb edilməsi, respiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan, həmçinin respiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan şəxslərdən, məhbuslardan, hərbi əsirlərdən orqan və ya toxumaların götürülməsi, donorların bu işə məcbur edilməsi qadağandır.



Həmçinin orqan və toxumaların alqı-satqısı, tibb işçilərinin transplantasiya haqqında məlumat yayması, ölüm vəziyyətində olan potensial donorun müalicəsində transplantoloqun iştirakına yol verilmir.



Qeyd edək ki, Bakıda M.M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası böyrək, Mərkəzi Gömrük Hospitalı qaraciyər, mədəaltı vəz və onun seqmentləri, böyrək, gözün buynuz qişası, Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzi - gözün buynuz qişası, Mərkəzi Neftçilər Xəstəxanası - qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi 12 barmaq bağırsaqla birlikdə, gözün buynuz qişası üzrə transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələridir.


Teqlər:
Bu xəbər cəmi 930 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR