Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdi

Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdi
Milli Məclisin dünən keçirilən iclasında yol qəzaları törədən sərxoş və sürücülük hüququ olmayan şəxslərə qarşı cəzaların sərtləşdirilməsi müzakirəyə çıxarılıb. Bununla bağlı “Yol hərəkəti haqqında “ qanuna və Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər təklif olunur.


Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məcəlləyə “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma” adlı yeni maddə təklif olunur. Həmin dəyişiklikdə nəzərdə tutulur ki, yol qəzaları alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ,6 min manatdan 8 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsın.



Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda 4 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda isə 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ,5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda da 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.



Məcəllənin 264-cü maddəsinə təklif olunan dəyişiklikdə isə nəzərdə tutulur ki, həm sərxoş vəziyyətdə, həm sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyi halda, həm də bu hallar olmadan yol qəzası törətmiş sürücü zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk edibsə, o, qəza yerindən qaçmış şəxs hesab edilmir. Yəni həmin sürücü CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətindən azad ediləcək.



Bu qanunun müzakirəsi zamanı BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib ki, dəyişikliklərə əsasən cərimə 50 manatdan 150 manata qaldırılır: “Mən bilirəm ki, cənab prezidentin çıxışından sonra belə təşəbbüs göstərilib. Prezident demişdi ki, bəzi hallarda avtomobillərin pəncərələri qanunsuz olaraq qapadılır. Buna görə indi cərimələr sərtləşdirilir. BMV və ya “Mercedes” kimi şirkətlərin elmi tədqiqat institutları var. Bu avtomobillər istehsal ediləndə zavodlarda avtomobilin pəncərəsinə pərdələr vurulur. Məncə, burada söhbət qanunsuz olaraq avtomobillərə plyonka çəkən şəxslərdən getməlidir. Fikrimcə, standartdan kənar pərdələrin vurulması ilə bağlı məsuliyyət olmalıdır”.



VHP sədri Sabir Rüstəmxanlı paytaxtda avtomobillərin həddən artıq çox olduğunu bildirib: “İnsanlar çaşırlar. Onlar zavoddan gələn avtomobilləri alır və bundan sonra eşidirlər ki, bu avtomobilləri sürmək olmaz, çünki şüşələri başqa rəngdədir və s. Biz ya avtomobilləri özümüzə uyğunlaşdırmalıyıq, ya da qanunlarımızı avtomobilə. Avtomobillərin dayanacaq məsələsi də həll olunmalıdır”.



DİN-in Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Ramiz Hüseynov isə bəyan edib ki, deputatların müzakirəsinə çıxarılan dəyişiklikləri dəstəkləyirlər: “2012-ci ildə ölkə üzrə 96 sərxoş sürücü qəza törədib. Nəticədə 42 nəfər həlak olub, 105 nəfər isə yaralanıb. 2012-ci ildə baş verən belə hadisələr 2011-ci illə müqayisədə çoxalıb. Qeyd edim ki, 2011-ci ildə 88 belə hadisə olub və nəticədə 34 nəfər həlak olub, 91 nəfər isə yaralanıb. Hər il yol polisi əməkdaşları yollarda 17-18 mindən artıq sərxoş sürücü saxlayır. Bunlar göstərir ki, bu istiqamətdə sürücülərin məsuliyyətinin artırılmasına ehtiyac var. İndi müzakirəyə çıxarılan layihələr də bununla bağlıdır”.

Bundan sonra qanun layihəsi səsə qoyuldu və qəbul edildi.


Teqlər:
Bu xəbər cəmi 1495 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR