Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda ev bazarı çökür- Mərkəzi Bankdan açıqlama

Azərbaycanda ev bazarı çökür- Mərkəzi Bankdan açıqlama


Azərbaycan Mərkəzi Bankı ölkədə daşınmaz əmlak bazarının bu ilin yanvar-iyun aylarında 32 faiz gerilədiyini bildirir. 



 



"Qafqazinfo" Virtualaz.org-a istinadən xəbər verir ki,  istinadən xəbər verir ki, ikinci əl daşınmaz əmlak bazarı isə daha sürətlə çöküb - 36,2 faiz.



Mərkəzi Bankın məlumatına görə, bu il iyulun 1-də daşınmaz əmlak bazarının dövriyyəsi 1 milyard 758 milyon manata yaxın olub. Bir il əvvəl isə daşınmaz əmlak bazarında dövriyyə 2 milyard 583 milyon manat idi. Hərçənd ki, göstərilən müddət ərzində tikinti şirkətləri və kooperativləri satışı artırıblar.



Bir il əvvəl 1995 milyon manatlıq daşınmaz əmlak satılmışdısa bu ilin ilik altı ayında 238.3 milyon manatlıq əmlak satışı qeydə alınıb.İkinci əl daşınmaz əmlak bazarında isə satışlar kəskin azalıb-bir il əvvəlki 2.4 milyard manatlıq satışa nisbətən bu il cəmi 1.5 milyard manatlıq satış qeydə alınıb.



Qeyd edək ki, daşınmaz əmlak bazarında bu cür geriləmə tikinti sektorunda və tikinti materialları bazarında da geriləmə ilə müşaiyət olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə bu ilin yanvar-iyun aylarında Azərbaycanda tikinti işlərinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 21,53 faiz azalaraq 2,88 milyard manat təşkil edib.



Hökumət tikinti sektorunda böhranın qarşısını almaq üçün dövlət büdcəsindən ipoteka kreditləşməsinə  200 milyon manat vəsaitin ayrılmasına qərar verib. Ekspertlərə görə bu həcmdə ipoteka krediti tikinti sektorunda müəyyən canlanma yarada bilər, amma geriləməni dayandırmaq üçün kifayət deyil.


Teqlər:
Bu xəbər cəmi 1040 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR