Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İnternetdə məhəbbət xəyanətdirmi?

İnternetdə məhəbbət xəyanətdirmi?
İnternet hüdudsuz bir məhəbbət ümmanıdır və bu ümmanda hər gün milyonlarla kişi və qadın tanışlıq, əyləncə, lap elə daha ciddi münasibətlər üçün özünə yoldaş axtarır. Öz məhəbbətini, gələcək həyat yoldaşını məhz internetdə tapanlar az deyil. Lakin söhbət evli kişilərdən və ya qadınlardan gedirsə, belə bir virtual məhəbbətə necə baxılmalıdır? Sual sadə deyil.

BEŞ DƏQİQƏLİK XƏYANƏT


 


Britaniyada bu cür münasibətlər o qədər geniş vüsət alıb ki, hətta “xəyanət” üçün xidmət təklif edən internet saytları yaradılıb. Bu saytlar evli qadın və kişiləri onların yaşadıqları məhəllələrdə “beş dəqiqəlik məhəbbət” intizarında olanlala tanış edir. Təsəvvür edin ki, kişi tindəki dükandan çörək almağa gedir və beş dəqiqə əvəzinə, yarım saatdan sonra qayıdıb gəlir. O narahat arvadına həmişə deyə bilər ki, tindəki dükanda çörək yox idi və başqa məhəlləyə getməli olub.


 


Kişilər belə. Lakin Britaniya mətbuatı, o cümlədən “The İndependent” qəzeti yazır ki, internet xəyanətinin toruna düşənlərin əksəriyyəti evli kişilər yox, evli qadınlardır. Xüsusən də söhbət evdar qadınlardan gedirsə…Onların internet ümmanında üzmək üçün imkan və vaxtları daha genişdir. Belə olduqda, çox vaxt “sadəlövh internet” söhbəti virtual məhəbbətə çevrilir və elə də olur ki, virtual məhəbbət real həyatda yad kişinin real yataq otağında fiziki baxımdan icra olunur.


 


“İNTERNET KARENİNALARI”


 


Britaniya mətbuatı belə qadınlar üçün yeni termin icad edib: “İnternetin Anna Kareninaları”… Lakin internet xəyanətinin nəticələri ədəbiyyatdan xeyli uzaqdır. Əksinə, burada söhbət hələlik yerində olmayan hüquqi qanunvericilkdən gedir. İnternet xəyanətinin xəyanət olub-olmaması, belə hallar hər iki tərəfə bəlli olduqda ər və arvad arasında da həll oluna bilər. Bu da çox olub ki, kişilər qadınlarının virtual deyil, real həyatda baş verən xəyanətlərini də bağışlayıblar. Adamına baxır. Amma belə də olub ki, elə virtual xəyanət qanla qurtarıb. Yəni bu məsələ, istər-istəməz hüquq müstəvisinə keçir.


 


Britaniya qanunlarına internetdə, sosial şəbəkələrdə, tvitterdə böhtan, təhqir və təhdid üçün cinayət məsuliyyəti artıq nəzərdə tutulub. İnternetdə xəyanət necə, ölkə qanunlarına daxil edilməlidirmi? Axı, virtual xəyanət cismani xəyanət deyil. Bu suala Britaniya hüquqşünasları hələlik yerli-yataqlı cavab vermirlər. Amma verməli olacaqlar. Bunu ölkənin çox sərt nikah qanunları əvvəl-axır tələb edəcək. 






“İNTERNET KARENİNASI” REAL KARENİNAYA ÇEVRİLƏNDƏ


 


Britaniyanın nikah qanunlarına əsasən boşanmaq olduqca mürəkkəb, ağrılı və bahalı prosesdir. Hakimlər ər və arvadları “xasiyyətimiz düz gəlmir” bəyanatı ilə boşamırlar. Boşanma üçün çox ciddi əsas lazımdır. Ən ciddi əsas isə iki tərəfdən birinin xəyanətidir. Lakin qanunda söbət real xəyanətdən gedir. Məhkəmənin nəticəsi xəyanət edən tərəf üçün son dərəcə acınacaqlı ola bilər. Məhkəmə adətən mülkiyyət bölgüsündə, uşaqların kimin yanında qalacaqları məsələsində zərəçəkənin tərəfini tutur. Xəyanət edən mülkiyyətsiz və uşaqlarsız qalır. Və əgər gələcəkdə Britaniya femidası “virtual xəyanəti” də əsil xəyanət mərtəbəsinə qaldırsa, “internet Kareninaları” Tolstoyun Kareninanısının aqibətini yaşaya bilərlər.


 


Zülfüqar Rüfətoğlu


London

Teqlər:
Bu xəbər cəmi 2860 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR