İstirahətə getməyə hazırlaşırsınız? Bunun üçün uyğun və sərfəli kart axtarırsınız? Axtarışlara vaxt sərf etməyə dəyməz, çünki Unibank-ın sizlərə təqdim etdiyi yeni unikal “ALBALI PLUS” debet kartı məhz sizin üçündür. Unibank-ın yeni debet kartı istifadəçilərinə dünyanın hər bir nöqtəsində pos-terminal olan mağazalarda alış-veriş etmək və ya onlayn şəkildə daha rahat və daha təhlükəsiz ödəniş etmək imkanını yaradır.
“ALBALI PLUS” debet kartı niyə unikal hesab olunur?
ALBALI PLUS debet kartında nağdlaşdırma pulsuzdur:
* Bu karta sahib olan hər kəs kartdan şəxsi vəsaitini Unibank bankomatlarından heç bir faiz ödəmədən nağdlaşdıra biləcək. Çünki “ALBALI PLUS” debet kartı üzrə nağdlaşdırma komissiyası 0 % təşkil edir.
ALBALI PLUS debet kartı istifadəçilərinə geniş depozit imkanları təqdim edir:
* Kartda AZN valyutasında vəsait saxlayan müştərilər reytinqindən asılı olaraq, illik 6%-dək gəlir əldə edəcəklər.
ALBALI PLUS debet kartı – hər iki beynəlxalq ödəniş sisteminə malikdir:
* ALBALI PLUS debet kartını sahib olmaq istəyənlər artıq rahat şəkildə kartlarının hansı bəynəlxalq ödəniş sisteminə aid olmasını özləri seçə biləcəklər. Beynəlxalq statusa malik olan ALBALI PLUS debet kartını həm Visa həm də MasterCard ödəniş sistemində sifariş etmək mümkündür.
“ALBALI PLUS” debet kartına sahib olmaq çox asandır. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən Unibank filialına müraciət edə və ya bankın saytında onlayn sifariş formasını doldura bilərsiniz. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, unibank.az və albali.az saytlarından və yaxud bankın facebook və twitter səhifələrindən www.facebook.com/unibank.az və https://twitter.com/unibank əldə etmək olar.
ALBALI PLUS- arzuları reallaşdıran kart!
Unibank-hər kəsin bankı!