Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Əlillik vəsiqəsi necə verilir?

Əlillik vəsiqəsi necə verilir?


Əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar Azərbaycan qanunvericiliyində, BMT Baş Məclisinin qəbul etdiyi Əlillərin hüquq bəyannaməsində təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Əlilliyi olan şəxslərlə bağlı ölkə qanunvericiliyi, o cümlədən "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında qanun son illərdə xeyli təkmilləşdirilib. 



Əlillik təqaüdü ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada iştirak etmək və s. səbəblərə görə verilir. Əgər əlillik hərbi xidmət zamanı baş verirsə, onda bu məbləğ daha çox artır. Statistikaya görə, hər üç adamdan biri əlillik təqaüdü alır. Son on il ərzində əlil təqaüdçülərin sayı isə iki dəfə artıb. Araşdırmalar zamanı məlum olub ki, Azərbaycanda hər min nəfərə 34 əlillik təqaüdü alan düşür. 



Dəqiq olmasa da, belə bir məlumat yayılıb ki, Azərbaycanda 12 mindən artıq saxta əlil var. Baxmayaraq ki, son illərdə saxtakarlığa qarşı mübarizə genişlənib, ancaq hələ də saxta əlillik kitabçası almağa cəhd edənlər var. 



Qeyd edək ki, əvvəllər insanın əlil olmasına ambulator müayinələr əsasında qərar verilsə də, hazırda xəstələr müasir tibbi avadanlıqlarla ətraflı müayinə olunaraq və ümumi nəticə əsasında müvafiq rəy verilir. Əlillik dərəcəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən müəyyən edilir ki, bunun üçün yaşayış yeri üzrə tibbi-sosial ekspert komissiyasına səhiyyə müəssisəsinin göndərişi (88 N-li forma) və şəxsiyyət vəsiqəsi təqdim olunur. Həmin sənədlərlə tibbi-sosial ekspert komissiyasına müraciət edən vətəndaş komissiya tərəfindən müayinə edilir və bundan sonra vətəndaşa əlillik dərəcəsi təyin edilib-edilməməsi barədə qərar çıxarılır. 



Xatırladaq ki, vətəndaşların qəbulunu asanlaşdırmaq və onlara göstərilən xidmətin keyfiyyətini artırmaq məqsədilə zona tibbi-sosial ekspertiza komissiyalarının sayı da 22-dən 38-ə qədər artırılıb. Bir məqamı da unutmaq olmaz ki, hər il əlillik dərəcəsini təsdiq etdirmək üçün təkrar tibbi ekspert komissiyasından keçmək lazımdır. 



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, hazırda əlillik vəsiqəsi almaq o qədər də çətin deyil: "Hər hansısa bir şəxs onun əlilliyini təsdiq edən sənədi aidiyyəti quruma təqdim edərək əlillik vəsiqəsi ala bilər. Əlillik dərəcəsinə uyğun da pensiyasını ala bilər". 



Saxta əlillik vəsiqəsinə gəlincə, nazirlikdən verilən məlumata görə, belə bir şey mümkün deyil: "Əlil olmayan şəxsə əlillik vəsiqəsinin verilməsi mümkün deyil". 



Onu da qeyd edək ki, ölkəmizin səhiyyə sisteminin getdikcə təkmilləşməsi, yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılması əlilliyin azalmasına öz müsbət təsirini göstərməkdədir. 



Ekspertlərin fikrincə, ölkədə 12 mindən artıq yalançı "əlil" var. Hətta saxta əlillik dərəcəsinin verilməsi faktını Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov da təsdiqləyir: "Son illər ərzində ilk dəfədir ki, ölkədə yaşa görə pensiya alanların sayının artımı əlilliyə görə pensiya alanların artım göstəricilərini üstələyib. Çünki əvvəlki illərdə saxta əlillik vəsiqəsi əldə etməklə pensiya alanların sayı çox olub. Bu sahədə azalma fondun ƏƏSMN ilə birgə apardıqları tədbirlər nəticəsində baş verib. Həkim-Ekspert Komissiyasının məlumatına görə, saxtakarlıq əsasən bölgələrdə aparıldığından rəhbərliyin bundan xəbəri olmayıb". 



Əslində əlillik dərəcəsi alanların böyük bir hissəsini əsgəri xidmətdən yayınan gənclər təşkil edir. Bu baxımdan ƏƏSMN tibbi-sosial ekspert komissiyalarının işinə nəzarəti gücləndirib ki, nəticədə də əlillik dərəcəsi alanların sayı bir neçə dəfə azalıb. Hətta ƏƏSMN-dən verilən məlumata görə, əlilliyin müəyyən edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minəndən sonra bu sahədə ciddi dəyişikliklər gözlənilir. Artıq bütün dövlət qurumları ilə razılaşdırılmış qaydalar təkcə əlillik dərəcələri verilərkən qanunlara əməl olunmasını nəzərdə tutmur. Bu zaman hər bir əlilə fərdi qaydada yanaşılacaq. Əgər onun xəstəliyi sağalandırsa, onların bərpa proqramlarına cəlb edilməsi nəzərdə tutulur. 



Ekspertlər saxta əlillik dərəcəsinin düzəldilməsi hallarının aradan qaldırılmasının vacibliyini və əlbəttə ki, "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunun yenidən işlənməsinin vacib olduğunu bildirirlər. Ekspertlər onu da qeyd edirlər ki, əlilliyi olan insanlara valideynlərin və cəmiyyətin köməyi lazımdır. Valideynləri əlilliyi olan insanların təhsilə və bağçalara cəlb edilməsinə çalışmalıdır. Təşkilatlar əlilliyi olan insanların rahatlığı üçün lazım olan infrastrukturu yaratmalıdır. Məsələn, metrolarda, avtobus, qatar stansiyalarında əlil arabalarının və digər əlilliyi olan insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılmalıdır. Yalançı əlil vəsiqəsini düzəldənlər haqqı olmadığı halda haqqını arayırsa, o zaman əlil olan insanlar niyə geri çəkilir, onlar öz haqlarını lazım gələrsə zorla almalıdırlar. 



Yeri gəlmişkən, hər il dünyada əlillərin sayı müxtəlif səbəblərdən artır və bunun da müxtəlif səbəbləri var. Ölkəmizdə əlillərin sayı əsasən yol qəzaları nəticəsində artır. Hazırda ölkəmizdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və bu hadisələrin fəsadlarının aradan qaldırılması istiqamətində bir sıra tədbirlər görülür. 



Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Ölkə başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əmək pensiyalarının və sosial müavinətlərin məbləği, demək olar ki, hər il artırılır. Son illər əlillərin fərd kimi ictimai həyatda iştirakını, maddi rifahdan istifadəsini məhdudlaşdıran sosial maneələrin müəyyənləşdirilməsi ilə bağlı monitorinqlər təşkil edilir. Eyni zamanda Qanunvericilik Konvensiyasının tələblərinə uyğunluğunun təmin edilməsi və Konvensiyanın müddəalarının həyata keçirilməsinin əlaqələndirilməsi məqsədilə müxtəlif dövlət orqanları və aidiyyəti təşkilatlarla müvafiq işlər aparılır. Hər bir əlilin şəxsi həyatında mühüm qərarlar qəbul etməkdə məsul şəxs olması barədə ictimaiyyətdə pozitiv təsəvvürlər formalaşdırmaq məqsədilə maarifləndirmə tədbirləri həyata keçirilir. Ölkəmizin səhiyyə sisteminin getdikcə təkmilləşməsi, yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılması əlilliyin artım tempinin azalmasına müsbət təsirini göstərib. 



Nazir Səlim Müslümov son vaxtlarda tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunmasına nəzarətin xeyli güclənməsinin nəticəsi olaraq bu ilin ötən dövründə əlilliyi olan şəxslərdən tam reabilitasiya olunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1645 nəfər artaraq 6938 nəfər, hissəvi reabilitasiya olunanların sayı isə 2907 nəfər artaraq 3952 nəfər təşkil etməsindən də bəhs edib: "Həmçinin bu dövrdə təkrar əlillik müəyyən edilənlərin sayı 4 min nəfərə yaxın azalıb. Bu təbəqədən olanların mənzilllə və minik avtomobili ilə təminatında mühüm addımlar atılmaqla bərabər, bu ilin ötən dövründə əlilliyi olan şəxslərə 569 ədəd əlil arabası, 369 ədəd eşitmə aparatı verilib, ümumilikdə 4012 nəfərə protez-ortopedik xidmət göstərilib. Nazirliyin bərpa mərkəzlərində 6618 nəfər bərpa-müalicə xidməti ilə təmin olunub, 76 nəfər əlilliyi olan şəxsin, 85 nəfər sağlamlıq imkanları məhdud uşağın xarici ölkələrdəki reabilitasiya mərkəzlərində bərpa-müalicəsi təşkil edilib. Əlilliyi olan insanların məşğulluğuna şərait yaradılması, əmək bazarına maneəsiz çıxışının dəstəklənməsi də diqqətdə saxlanılır". 



Ötən il sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 1000-ə yaxın şəxsin məşğulluğu təmin edilib. Eyni zamanda 340 nəfər əlilliyi olan şəxs, o cümlədən 60 nəfər gözdən əlil şəxs peşə hazırlığına cəlb edilib. Cəmiyyətdə belə şəxslərin potensial məşğulluq imkanlarının qiymətləndirilməsi və reallaşdırılmasına işəgötürənlər tərəfindən münasibət arzuolunan səviyyədə deyil. 



"Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışında prezident "Dövlət və özəl müəssisələrdə əlillərin işlə təmin edilməsi məsələləri qanunvericiliklə tənzimlənir. Ancaq həyatda heç də hər zaman buna riayət edilmir", - deyən S.Müslümov hesab edir ki, burada həm ciddi nəzarət olmalıdır, eyni zamanda, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi də öyrənilməlidir. O təcrübə müsbətdir. "Biz o təcrübəni Azərbaycanda tətbiq etməliyik ki, fiziki imkanları məhdud olan insanlar, xüsusilə gənclər cəmiyyətdə özlərini rahat hiss etsinlər, cəmiyyətdən təcrid edilməsinlər və cəmiyyətin fəal üzvləri olsunlar". 



Son olaraq qeyd edək ki, əlillik dərəcəsinin düzgün təyin olunmamasından şikayətlənənlər arasında minadan zərər çəkənlər üstünlük təşkil etdiyindən bir neçə il öncə bununla bağlı ANAMA və nazirlik birgə layihə həyata keçirib. Layihənin həyata keçirildiyi rayonlardan toplanmış məlumatlardan o də bəlli olub ki, minadan zərər çəkmiş 400 şəxsin 86-na əlillik dərəcəsi düzgün verilməyib. Bundan başqa artıq müalicəsi mümkün olan xəstəliklərə görə əlillik dərəcəsi verilməyəcək. Bu sahədə beynəlxalq təcrübəyə əsasən qaydalar tətbiq ediləcək. Azərbaycanın ekologiyası, coğrafiyası və bu əraziyə xas olan xəstəliklər də nəzərə alınacaq, çünki bəzi xəstəliklər var ki, Azərbaycanda bu tip xəstəliklərin mövcudluğu adi haldır və xüsusi təhlükəsi yoxdur. 


Teqlər:
Bu xəbər cəmi 1530 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR