Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Stadiondakı bərbad duruma görə ittiham olunan nazir oğlu ilə bağlı- Açıqlama

Stadiondakı bərbad duruma görə ittiham olunan nazir oğlu ilə bağlı- Açıqlama


Bir neçə gündür ki,Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad vəziyyətdə olması ilə bağlı yerli mediada məlumatlar dərc olunur. 



 



"Qafqazinfo" xəbər verir ki, stadionun ot örtüyünün vaxtında təhvil verilməməsində Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov da ittiham olunur. Komanda.az saytında yer alan məlumatda qeyd olunurdu ki, arenanın ot örtüyünün durumuna “Football & Sports Management” (FSM) şirkəti cavabdehdir. Şirkətin sahibi Fərman Əlizadə olsa da, FSM-in Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun himayəsində olduğu bildirilir.





"Qafqazinfo" məsələyə aydınlıq gətirmək üçün FSM şirkətinin rəhbəri Fərman Əlizadə ilə əlaqə saxlayıb. O, şirkətin nazir oğlunun himayəsində olması ilə bağlı xəbəri təkzib edib: “Bu çox gülməli məlumatdır. Çünki FSM şirkəti 2012-ci ildə futbol üzrə 17 yaşlı qadınlar arasında Bakıda keçirilən dünya çempionatına görə yaradılıb. Bizim təsisçilərimiz İngiltərədəndir və baş ofisimiz də Londonda yerləşir. Tofiq Bərahmov adına Respublika stadionuna da müqavilə əsasında baxırıq. Şirkətin Gənclər və İdman Naziri Azad Rəhimovun oğlu Arif Rəhimova məxsus olması yanlış informasiyadır”.



Fərman Əlizadə bu gün keçiriləcək “Qarabağ”-“Seltik” qarşılaşmasında heç bir problemin yaşanmayacağını dilə gətirib: “Düzdür, ot örtüyü ideal vəziyyətdə deyil. Amma stadionda futbol oynamaq mümkündür. Bunun futbolçulara heç bir ziyanı olmayacaq. Çünki oyundan öncə UEFA nümayəndəsi də stadionu yoxlayıb və matçın keçirilməsinə heç bir maneə olmadığını bildirib. Onlar stadionun hansı səbəbdən bu vəziyyətə düşdüklərini özləri də anlayırlar. Havalar çox istidir”.



Şirkət rəhbəri “Havalar istidirsə, niyə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu və “Bakcell Arena” bu vəziyyətə qalmayıb” sualına isə belə cavab verib: “Həmin arenalara da biz nəzarət edirik. Öncə onu deyim ki, adını çəkdiyiniz stadionlarda da eyni viruslar mövcuddur. Lakin ötən mövsüm bitdikdən sonra biz həmin stadionlarda bərpa işləri apara bildik. Amma Tofiq Bəhramov adına Respublika stadionunda Avropa Oyunları keçirildiyi üçün bunu edə bilmədik. Həm də stadiondan stadiona fərq var. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu yalnız məşqlər üçün nəzərdə tutulub. Amma “Bakcell Arena”da da eyni viruslar mövcuddur”


Teqlər:
Bu xəbər cəmi 980 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR