Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakının orta məktəblərinə yeni direktorların təyinatı gözlənilir

Bakının orta məktəblərinə yeni direktorların təyinatı gözlənilir
Bakı şəhərindəki orta məktəblərə yeni direktorların təyinatı gözlənilir. Todaysbaku.az xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib. Onun sözlərinə görə, ötən il Bakının orta məktəblərinin 15 direktoru yeni təlimdən keçmiş və müvafiq imtahan vermiş direktorla əvəz edilib. Bu il bu sayın 2-3 dəfə artırılması planlaşdırılır. İ.Nağıyev əlavə edib ki, Təhsil Nazirliyi məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrları üçün müvafiq təlimlər keçirilir. Lakin bu təlimlərdə iştirak üçün müsabiqə şərtləri də çətindir. Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən edilir. Bu təlimlərdə namizədlər 5-6 ay ərzində tədrisdən əlavə, müvafıq idarəetmə bilik və bacarıqları- büdcə planlaşdırılması, maliyyə, statiska sahələrini də öyrənirlər. Serifikat aldıqdan sonra Təhsil Nazirliyindəki müvafiq komissiya yenidən onların bilik və bacarığını yoxlayır. Çünki təlimlər ali məktəblərin bazalarında aparılır, onların sertifikatları təyinatın aparılması üçün hələ yetərli deyil. Ona görə də nazirliyin müvafiq komissiyası onları bir daha yoxlayır, ondan sonra artıq təyinat aparılır”. Xatırladaq ki, hazırda təlimlər Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən təhsil işçilərini əhatə edir. Bakı şəhərində təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunan imtahanda iştirak edir, imtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə “Uğur sertifikatı” təqdim olunur. “Uğur sertifikatı” əldə etmiş və hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr tətbiq olunur. Gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar isə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınırlar.

Teqlər:
Bu xəbər cəmi 1115 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR