Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Leysan Quba-Xınalıq yolunu bağladı

Leysan Quba-Xınalıq yolunu bağladı


Ötən gün axşam saatlarında Quba rayonunun “Qızılqaya” deyilən ərazisinə yağan güclü leysan yağışları nəticəsində yaranan sel Quba-Xınalıq yolunun 70-80 metrlik hissəsinin bağlanmasına səbəb olub. 



 



Hadisə yolun 56-cı kilometrliyində, Xınalıq kəndinə təqribən 1 kilometr qalmış qeydə alınıb. 



Qafqazinfo” “Azəryolservis”ə istinadən xəbər verir ki, güclü sel suları özü ilə bərabər palçıq və daş gətirərək yolun alt hissəsindən keçən, diametri 1.5 metr olan iki suötürücüsünün girişini tutub, nəticədə yolun kənarına dolan sel suları yolun hərəkət hissəsini aşıb. Palçıq və daş Quba-Xınalıq yoluna dolaraq yolun bağlanmasına səbəb olub. Sel nəticəsində yol təsərrüfatına xeyli ziyan dəyib.



Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən dərhal təbii fəlakətin baş verdiyi əraziyə xüsusi texnikalar və lazımi sayda canlı qüvvə səfərbər edilib. Qısa müddət ərzində palçıq və daşla örtülən yolun kənarı ilə alternativ yol salınaraq, nəqliyyat vasitələrinin hərəkəti Quba-Xınalıq və əks istiqamətdə bərpa edilib.



Bundan sonra Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC-nin rəhbərliklərinin nəzarəti altında yolun açılması istiqamətində təxirəsalınmaz işlərə başlanılıb.



Güclü selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində gecə boyu və bu gün davam edən işlər nəticəsində yolun alt hissəsindən keçən hər iki suötürücüsü və yolun hərəkət hissəsi palçıq və daşlardan təmizlənib. Bu gün günorta saatlarında yolda tam olaraq nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.


Teqlər:
Bu xəbər cəmi 1415 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR