Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Millət vəkili Burhan Sakallı ilə görüşdü

Millət vəkili Burhan Sakallı ilə görüşdü
Millət vəkili Qənirə Paşayeva Odunpazarı bələdiyyə başqanı Burhan Sakallı ilə görüşüb


Odunpazarı bələdiyyə başqanı Burhan Sakallı ilə görüşdə Azərbaycan ilə Türkiyənin bir millət iki dövlət olduğunu qeyd edən millət vəkili Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirdi. Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edib və Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva Odunpazarı bələdiyyə başqanı Burhan Sakallıya Azərbaycan ilə Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Əskişəhəri də qardaş şəhər, Odunpazarı bələdiyyəsini qardaş bələdiyyə olaraq görmək istədiklərini bildirdi.



Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə məlumat verib və Azərbaycana səfərə dəvət edib və bildirib ki, bu səfərdən sonra Odunpazarı bələdiyyəsi ilə Azərbaycanın bələdiyyələrindən biri ilə geniş əməkdaşlığın qurulacağına inanır.



Azərbaycanı çox sevdiyini deyən Odunpazarı bələdiyyə başqanı Burhan Sakallı dəvəti böyük məmnuniyyətlə qəbul edib və qardaş Azərbaycanda olmaqdan böyük məmnuniyyət duyacağını deyib. Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayaraq, iki qardaş ölkənin şəhərləri, bələdiyyələri arasında əlaqələrin daha da genişləndirilməsinin önəmli olduğunu dedi.



Görüşdə Türkiyə-Azərbaycan qardaşlıq platformu idarə heyətinin sədri Elvin Əjdərli də iştirak edirdi.



Görüşün sonunda Odunpazarı bələdiyyə başqanı Burhan Sakallı millət vəkili Qənirə Paşayevaya plaket təqdim etdi.


Teqlər:
Bu xəbər cəmi 1365 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR