Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Cəlilabad hərbi komissarı rüşvət verməyən xəstəni əsgərliyə göndərdi

Cəlilabad hərbi komissarı rüşvət verməyən xəstəni əsgərliyə göndərdi


Cəlilabad rayonu sakini məktub yazıb. Rayonun Xəlilabad kənd sakini olan Məmmədov Mahir Böyükağa oğlu hərbi komissarlıqdan şikayətlənib. Onun sözlərinə görə, oğlu Məmmədov Yusifin anadangəlmə gecəgörmə qabiliyyəti yoxdur. 



 



Ekspertlər də bildiriblər ki, bu elə bir xəstəlikdir heç vaxt müalicəsi mümkin deyil. M.Məmmədov deyib ki, xəstəliyin dəqiq elmi adını bilməsə də (müxtəlif xəstəxanaların verdiyi müvafiq kağızlarda göstərilib), el arasında buna "toyuq xəstəliyi” deyilir: 


"Oğlum gündüzlər görsə də, gecə qətiyyən görmür. Biz onu anadan olandan ta indiyə kimi gecələr çölə, ayaqyoluna əlindən tutub yanımızda aparıb gətiririk. Həkim kağızlarında da göstərilir ki, oğlumun görmə qabiliyyəti 23-30 faizdir.


Bu il oğlumun əsgərlik yaşı tamam oldu. Mən evdə olmadığımdan həyat yoldaşım və yeznəm uşağı da götürüb Cəlilabad rayon Hərbi Komissarlığına gediblər. Onlar Cəlilabada yeni təyin olunmuş hərbi komissar Həsrət İsmayılovun yanında olmuş, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin verdiyi arayışı və tibbi müayinə kağızlarını komissara təqdim etmişlər. 


 



 



Komissar Həsrət İsmayılov kağızları vərəqləmiş, lakin bundan sonra qeyri-etik, məmura yaraşmayan hərəkətlərə yol vermişdir. Belə ki, o kağızları həyat yoldaşımın sifətinə çırpmış, qışqırmışdır ki, götürün rədd olun çıxın burdan, mənə bu kağızlar lazım deyil, uşağınız əsgər getməlidir. 


 


 



 



Yeznəm ona demişdir ki, bu çox ədəbsiz hərəkətdir, əvvəla sən dövlət məmurusan, kağızı qadının sifətinə çırpmazlar. Bundan sonra komissar Həsrət İsmayılov bildirmişdir ki, mən nə Zərifə Əliyeva mərkəzinin kağızlarını, nə də sizi hərləmirəm, gedin 1000 manat gətirin, uşağınıza Bakıya göndəriş verim, bilet düzəldin, yoxsa mümkin deyil! Sanki biz bəy-xan dövranında yaşayırıq, Həsrət İsmayılov isə kəndxudadır, hər şey o dediyi kimi olacaq”.


Şikayətçi yazıb ki, Həsrət İsmayılov bu rayona göndəriləndən Cəlilabad Hərbi Komissarlığında rüşvət baş alıb gedir: "Çağırışçının Bakıya xəstəxanaya göndərilməsi üçün Həsrət İsmayılov valideynlərdən 1000 manat pul tələb edir. 


Belə bardaq və korrupsiya görünməmişdi. Qiymətlər qalxıb, rayonda hərbi biletin qiyməti 3000-4000 civarındadır. Qadın bilmir, uşaq bilmir, hamını təhqir edir, min bir oyundan çıxır ki, pul qazansın.


Mən Həsrət İsmayılovun yanında oldum, dedim ki, o boyda Zərifə Əliyeva adına xəstəxana mənə kağız verib ki, uşağın gözü görmür, bəs sən ona nə deyirsən? Deyir ki, o boş şeydir, Zərifə Əliyeva adına mərkəzin verdiyi kağızlar hamısı saxtadır! Mən təəccüb içində qaldım. 


 


 



Həsrət İsmayılov mənim inadkarlığımı görüb acığa düşərək oğluma "povestka” verib əsgərliyə göndərtdirdi, oğlumu apardılar, hətta Naxçıvana hərbi hissəyə düşdü. Lakin bir neçə gün keçmədi ki, orda uşağımın həqiqi xəstə olduğunu görüb geri qaytardılar, hətta onu göndərən hərbi komissarı lənətlədilər. Bunlar puldan sarı min oyundan çıxırlar”.(XalqXeber.TV)


Teqlər:
Bu xəbər cəmi 1525 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR