Çəkələklə avtomobil idarə edənlərə qarşı sərt cəzalar tətbiq olunacaq. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ)İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, son 10 gündə çəkələklərlə avtomobil idarə edən sürücülər tərəfindən 11-ə yaxın yol qəza hadisəsi törədilib. O, bu cür halların yolverilməz olduğunu deyib və sürücüləri avtomobil idarə edərkən daha diqqətli olmağaçağırıb: “Yay mövsümü ilə əlaqədar olaraq yüngül ayaqabbılar, çəkələklər geyinib avtomobil idarə edirlər. Çəkələklə avtomobil idarə etmək çox təhlükəlidir. Qeyd edim ki, çimərliklərdən şəhər istiqamətinə və ya əksinəyollarda baş vermiş qəzaların təhlilinə nəzər salanda görürük ki, əksər hadisəməhz sürücülərin çəkələklərdən istifadə etməsi nəticəsində baş verib”.
V.Əsədov belə hallarla rastlaşdıqları halda sürücülərə ən yüksək cəzaların veriləcəyini istisna etmir: “Bununla əlaqədar bir daha qeyd edirəm ki, sürücülər belə addımlar atmasınlar. Biz reydlərə başlayacağıq. Bu cür hallarla rastlaşdığımız zaman heç kəsə göz yuman deyilik”.