"Ana, əsgər gedirəm" şeiri ilə izlənmə rekordu qırdı - VİDEO
Ucarlı bir gənc hərbi xidmətə getməyin sevinci ilə həm anasına, həm də vətənə şeir həsr edib.
Ucarın Quləbənd kənd sakini, 22 yaşlı Gərayxan Rüstəmovun uşaqlıqdan seir yazmağa böyük marağı olub. Torpağa, vətənə, sevgiyə və anaya aid bir neçə şeir yazıb. Sonuncusunu isə ali məktəbi bitirib hərbi xidmətə getməzdən öncə anasına həsr edib. Həmin şeiri ilk dəfə özünün hərbi xidmətə yola salınması münasibətilə təşkil olunan mərasimdə səsləndirib. Sosial şəbəkəyə yerləşdirilən bu görüntülər böyük rəğbətlə qarşılanıb.
İndi eşidənləri heyrətə gətirən həmin şeiri və onu yazan çağırışçını sizlərə təqdim edirik:
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.