Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Təhsil Nazirliyindən Müəllimlər İnstitutu açıqlaması

Təhsil Nazirliyindən Müəllimlər İnstitutu açıqlaması


İxtisaslaşmış ali təhsil müəssisələri yetərli sayda müəllim kadrlarının hazırlanmasını təmin edir



“Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ləğv edilmiş filialların maddi-texniki bazası, işçi heyəti və tələbə kontingentinin müvafiq qaydada digər təhsil müəssisələrinə verilməsi və yerləşdirilməsi məsələləri ilə Təhsil Nazirliyi tərəfindən yaradılan səlahiyyətli komissiya məşğul olacaq”.



 


 


Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, AMİ-nin Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına müvafiq olaraq ali təhsil şəbəkəsinin rasionallaşdırılması, müəllim kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi və bu sahədə pərakəndəliyin aradan qaldırılması məqsədini daşıyır.


 


Bildirilib ki, kənd məktəblərində işə başlamış gənc mütəxəssislər üçün stimullaşdırma tədbirlərinin həcminin və müddətinin artırılması, paytaxtda həyata keçirilmiş və yaxın vaxtlarda bölgələrdə də aparılacaq müəllimlərin dərs yükünün və vəzifə maaşının artırılması istiqamətində islahat tədbirləri nəticəsində bu peşəyə maraq xeyli artıb: “Əvvəlki dövrlərdə mövcud olmuş müəllim çatışmazlığı problemi əsasən, öz həllini tapmaqdadır. Hazırda ixtisaslaşmış ali təhsil müəssisələri yetərli sayda müəllim kadrlarının hazırlanmasını təmin edir. 2009-2010-cu tədris ilindən başlayaraq, hər il mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqələrində namizədlərin sayı vakansiya sayını bir neçə dəfə üstələyir. Belə şəraitdə əvvəlki sayda müəllim kadrlarının hazırlanmasına və ali təhsil müəssisələrinin saxlanılmasına lüzum qalmır”.


 


Məlumatda qeyd olunur ki, tədris prosesindəki çatışmazlıqlar AMİ-nin filiallarının fəaliyyət göstərməsi məsələsinə yenidən baxmağı tələb edir: “Məlum olduğu kimi, ötən il neqativ hallara yol verildiyinə görə AMİ-nin Gəncə filialının fəaliyyəti dayandırılıb və tələbələr Gəncə Dövlət Universitetinə köçürülüb”.


 


Qeyd edək ki, iyulun 24-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə AMİ-nin Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edilib.

Teqlər:
Bu xəbər cəmi 1560 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR