Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

AZAL-ın yeni qiymətləri belədir-SİYAHI

AZAL-ın yeni qiymətləri belədir-SİYAHI


“Azərbaycan Hava Yolları” QSC (AZAL) avqustun 1-dən bütün beynəlxalq istiqamətlər üzrə bütün reyslərində mövcud ekonom-klass tariflərinin 20-30 faiz endirildiyini elan edib.



Xüsusən AZAL-ın ən çox tələbat olan marşrutlarında bu, özünü aşağıdakı kimi göstərib:



-Bakı-Moskva-Bakı – 406 avrodan 321 avroya qədər (85 avro və ya 21% ucuzlaşma);



- Bakı-İstanbul-Bakı – 277 avrodan 219 avroya qədər (58 avro və ya 21% ucuzlaşma);



- Bakı-Dubay-Bakı – 272 avrodan 216 avroya qədər (56 avro və ya 21% ucuzlaşma).



Aviabilet qiymətlərinin ucuzlaşmasından sonra Bakı-Roma-Bakı reysində endirim 112 avro (22%), Bakı-Lvov-Bakı reysində 141 avro (30%), Bakı-Pekin-Bakı reysində 116 avro (23%), Bakı-Nyu-York-Bakı reysində 158 avro (21%) və s. təşkil edəcək.



Aşağı qiymətlə satılan biletlərin sayı biznes-klassdan başqa oturacaq yerlərinin ümumi sayının ən az 30%-nə bərabər olacaq. Təyyarənin növündən asılı olaraq belə yerlərin sayı 32-dən 61-ə qədər təşkil edə bilər



AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, AZAL ən çox tələbat olan marşrutlarda aşağıbüdcəli (loukost) uçuşlar təcrübəsinə də başlayır: Bakı-Antalya-Bakı (həftədə 3 dəfə, bu ilin avqustundan etibarən), Bakı-İstanbul-Bakı (gündə 1 reys, bu ilin sentyabrından başlayaraq), Bakı-Moskva-Bakı (gündə 2 dəfə, bu ilin oktyabrından başlayaraq) və Bakı-Dubay-Bakı (gündə 1 dəfə, bu ilin oktyabrından etibarən).



Uçuşlar "Embraer" təyyarələri ilə həyata keçiriləcək. Qeyd etmək lazımdır ki, bu təyyarənin salonunda bütün yerlər eyni dərəcədə rahatdır.



Bu reyslərdə aiabiletlərin qiyməti (vergilər daxil olmaqla) sabit olacaq və tək gediş 99 avro təşkil edəcək. Bu, o deməkdir ki, sərnişin 99 avro ödəyərək sözügedən istiqamətlərdə əl baqajı ilə uçuş haqqı qazanır. Hər baqaj yerinə görə sərnişinlər bir müddət əvvəl elan edildiyi kimi 50 manat deyil, 25 avro ödəyəcəklər.



Bütün AZAL reyslərinə biletləri aviaşirkətin saytında (www.azal.az) onlayn rejimdə bron etmək və almaq olar. Bu, sərnişinlərin yerlərin mövcudluğu, tariflər haqqında ətraflı məlumat almasına, habelə agentlərə komissiya vergisi ödəmədən daha aşağı qiymətə bilet almasına imkan verəcək.



Macarıstanın "Wizz Air" şirkətinə gəlincə isə ona bu ildən müntəzəm reysləri bərpa etməsi üçün 3 il müddətinə xüsusi imtiyazlı şərtlər təklif olunub. Hazırda Macarıstan tərəfinin cavabı gözlənilir.


Teqlər:
Bu xəbər cəmi 960 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR