Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sürücülər, bu xəbəri qaçırsanız siz də tələyə düşəcəksiniz - Fotolar

Sürücülər, bu xəbəri qaçırsanız siz də tələyə düşəcəksiniz - Fotolar



Bakının Yasamal rayonu, Nəriman Nərimanov küçəsində (keçmiş «Sovetski») sürücülər üçün ciddi təhlükə yaranıb. 


 


AzadXeber.az avtosfer.az-a istinadən xəbər verir ki, buradakı evlərin sökülməsi tam başa çatmadığı üçün Avropa Oyunları ərəfəsində yola yaxın olan evlər hasara alınıb. Bu zaman həmin küçədəki işıqforlar hasarın o biri üzündə qalıb. Hasar o qədər hündürdür ki, işıqforlar görünmür. Bu isə həmin küçədəki yolayrıclarında qəza şəraiti yaradır. Həmin küçədən ilk dəfə yolu keçən sürücülər işıqfor olan yerdə dayanmadan hərəkət edirlər.


 


Qeyd edək ki, Anar Ədilzadə adlı facebook istifadəçi öz profilində Nərimanov küçəsindəki hasarların arxasında görünməz halda olan işıqforların fotolarını paylaşıb. Fotolarla bərabər, A.Əlizadə bildirib ki, onun dostu həmin işıqforlardan birini görmədiyi üçün qırmızı işıqdan keçib və yol polisinin kamerasına tuş gəlib. Artıq Anar Əlizadənin dostunun evinə qırmızı işıqda hərəkət etməsi ilə bağlı MMX radar məktubu gəlib.


 


Qanunvericiliyə görə, yollara nəzarət edən aidiyyatı orqanlar – Dövlət Yol Polisi İdarəsi, Nəqliyyat Nazirliyi və başqaları yollarda hərəkətin təhlükəsizliyini təmin etməyə birbaşa cavabdehdirlər. Həmin qurumlar ilk növbədə qeyd olunan ərazidə yol hərəkəti təhlükəsizliyini təmin etməlidir. Bunu ilk növbədə Dövlət Yol Polisi aşkar edərək aidiyyatı orqanlara məlumat verməlidir ki, problem aradan qaldırılsın. Eyni zamanda, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin də üzərinə məsuliyyət düşür. Həmin Mərkəz bu problemi dərhal həll etməli idi. Hər şeydən əvvəl isə hasarı ora çəkən qurum işıqforun hasarın o biri üzündə qalacağı barədə DYP-yə, Nəqliyyat Nazirliyinə dərhal məlumat verməli idi. Lakin görünür, nə hasar çəkənləri, nə də işıqfora nəzarət edənləri yol hərəkəti təhlükəsizliyi maraqlandırır. Onları sadəcə, cərimə maraqlandırır. Onların düşüncəsinə görə, işıqfor görünməsə də olar, əsas odur ki, cərimə yazmaq üçün quraşdırdıqları kamera görünür və işləyir. Görəsən, həmin kameraya baxan yol polisləri görmür ki, işıqfor hasarın o tayında qalıb və görsənmir? Yoxsa, yol polisləri həmin küçədən keçmir? Bəs, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin intellektual səviyyəsinə nə olub ki, bu boyda problemi 2 aydan çoxdur görmür? Bəlkə, yay mövsümündə gözlərinə gün düşür?


 


Sürücülərin nəzərinə çatdırırıq ki, həmin küçədə qırmızı işıqdan keçməklə bağlı MMX radar məktubu aldıqda dərhal məhkəməyə müraciət etsinlər. Çünki burada məsuliyyəti sürücü yox, yol polisi və Nəqliyyat Nazirliyi daşıyır.



 




Teqlər:
Bu xəbər cəmi 700 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR