Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ədliyyə sistemində dəyişiklik- Rəislərə yeni səlahiyyət

Ədliyyə sistemində dəyişiklik- Rəislərə yeni səlahiyyət


Azərbaycanda ədliyyə sistemində yerli icra qurumlarının strukturu dəyişib. 



 



Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Ədliyyə Nazirliyi Kollegiyasının 31 may 2013-cü il tarixli qərarına əsasən  təsdqiqlənən “Yerli icra qurumlarının Nümunəvi Əsasnaməsi”ndə qeyd edilib ki,  Ədliyyə Nazirliyinin rayon (şəhər) icra idarəsi, şöbəsi, bölməsi və qrupları Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını və aidiyyəti məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edən yerli struktur qurumlarıdır.



Ədliyyə Nazirliyi Kollegiyasının 30 iyun 2015-ci ildə qəbul etdiyi və 11 iyul 2015-ci ildə qüvvəyə minən qərarına əsasən “Yerli icra qurumlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilib. Dəyişikliyə əsasən rayon (şəhər) bölmələri ləğv edilib. Bundan sonra Ədliyyə Nazirliyinin rayon (şəhər) icra idarəsi, şöbəsi və qrupları Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını və aidiyyəti məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edən yerli struktur qurumlarıdır.  



Eyni zamanda əgər indiyə qədər icra qurumuna ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən idarə, şöbə,  bölmə rəisi və böyük icra məmuru (qrup rəhbəri) rəhbərlik edibsə, dəyişikliyə əsasən bundan sonra icra qurumuna Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən idarə, şöbə və qrupun rəhbəri – böyük icra məmuru rəhbərlik edəcək.



Ədliyyə Nazirliyi Kollegiyasının  qərarı ilə icra qurumlarının rəis və rəis müavinləri icra məmurunun səlahiyyətləri də qazanıblar.


Teqlər:
Bu xəbər cəmi 400 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR