Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Misir Mərdanov qaydanı dəyişdi

Misir Mərdanov qaydanı dəyişdi
Nazirlik dərsliklərin çapı ilə bağlı tenderlərə dəyişiklik etdi


“Dərsliklərin hazırlanması ilə bağlı keçirilən tender qaydalarına dəyişiklik edilib. Bundan sonra dərsliklərin hazırlanması üzrə ayrı, çapı üzrə isə ayrıca tender keçiriləcək”.

”Qafqazinfo” xəbər verir ki, bu məlumatı movqe.az-a Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı verib. F.Şahbazlı bildirib ki, nəşriyyatlardan biri, Azərbaycan Satınalmalar üzrə Dövlət Agentliyinə (SDA) dərsliklərin məzmunun müəllifi olan nəşriyyatın çapını da həyata keçirməsi ilə bağlı şikayət edib. SDA da bunu irad tutub: “Ona görə də bundan sonra Təhsil nazirliyi Agentlik necə tələb edir, elə edəcək. Əslində mən burada elə bir problem görmürəm dərsliyin hazırlanması və çapı bir tenderin predmetidir. Amma deyirlər dərsliyin hazırlanması və çapı üçün ayrı, ayrı tender keçirilsin, biz də belə edəcəyik. Sadəcə olaraq dərsliyi hazırlayan nəşriyyat elə həmin dərsliyi çap edəndə səhv az olurdu. Hər iki prosesə özü nəzarət etdiyindən, səhvləri izləyə bilirdi. İndi bir az çətin olacaq”.



Xatırladaq ki, SDA ötən il Təhsil Nazirliyində keçirilən tenderlə bağlı məlumatları Baş Prokurorluğa göndərib. SDA-dan verilən məlumata görə, Agentliyə 2012-ci ildə daxil olmuş şikayətlərdən biri Təhsil Nazirliyi tərəfindən I və V siniflər üçün dərsliklərin hazırlanması və çap edilməsi işlərinin satın alınması üzrə keçirilən ikimərhələli tenderdə yol verilmiş nöqsanlar barədə olub. Şikayətin araşdırılması zamanı müəyyən edilib ki, Təhsil Nazirliyinin Tender Komissiyasının sədri «Altun-kitab» və «Aspoliqraf» nəşriyyatları tərəfindən çap olunan dərslik və digər vəsaitlərin müəllifi və həmmüəllifidir və bu cəhətdən onlar arasında qarşılıqlı asılılıq münasibətləri mövcuddur. «Bu da, I və V siniflər üçün dərsliklərin hazırlanması və çapı üzrə keçirilən ikimərhələli tenderdə maraqların ziddiyyətini yaradır».



Halbuki, «Dövlət satınalmaları haqqında» qanunun 13.2-ci bəndinə əsasən, satınalma proseduralarından əvvəlki 3 il ərzində satınalma proseduralarında iştirak edən iddiaçı ilə asılılıq münasibətləri olanlar satınalma proseduraları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər. Bütün bunları nəzərə alaraq, Agentlik qanunvericiliyi rəhbər tutaraq sözügedən tenderə xitam verilməsi barədə Təhsil Nazirliyinə məktub göndərib. Eyni zamanda, Agentlik şikayətlə əlaqədar Təhsil Nazirliyi tərəfindən keçirilmiş tenderdə yol verilmiş nöqsanlar və Agentliyin gördüyü tədbirlər barədə Baş Prokurorluğa məlumat verib. «Hazırda prokurorluqda sözügedən məsələ ilə əlaqədar istintaq aparılır», - deyə məlumatda bildirilir.


Teqlər:
Bu xəbər cəmi 1370 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR