Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Bəzi marşrutları bağlamaq məcburiyyətində qalacağıq"- AZAL-ın vitse-prezidenti


Azərbaycan Hava Yolları AZAL-ın bilet qiymətlərinin aşağı salınması ilə bağlı mətbuat konfransı keçirir. 



 



Qafqazinfo”nun mətbuat konfransında iştirak edən əməkdaşının məlumatına görə, AZAL QSC-nin vitse prezidenti Arif Məmmədov və AZAL Sərnişindaşıma Şirkətinin direktoru Eldar Hacıyev iştirak edir. 



Vitse-prezident A.Məmmədov biletlərin qiymətinin 99 avro olması ilə bağlı açıqlama verib. Bildirib ki, təyyarənin sərfəli uçması üçün maya dəyəri var: “Biz bu qərardan sonra bəzi marşrutları bağlamaq məcburiyyətində qalacağıq. Hava yollarının çoxlu xərcləri var. Xaricdəki hava limanlarının xərcləri hesablanır. Biz qiymətləri İqtisadiyyat Nazirliyinə təqdim etdik. 



99 avrodan aşağı qiymət iki-üç saat başqa ölkəyə gedib-gəlməyin xərclərini ödəmir. Amma ehtiyacın olduğunu nəzərə alaraq buna getmişik”.



AZAL Sərnişindaşıma Şirkətinin direktoru Eldar Hacıyev bildirib ki, Moskva, Dubay, İstanbul ən populyar olduğundan ilk növbədə aşağı büdcəli uçuşların həmin istiqamətlərdə başlamasına qərar verilib: "Avqustun 7-dən başlayaraq Bakı-Antalya-Bakı istiqamətində aşağı büdcəli uçuşlar təşkil olunacaq. Bunlar bir tərəfə 99 avro qiymətindədir. 2006-cı ildə AYATA tərəfindən aviasiya qurumları arasında Avro zonasına daxil edilib. 2006-ci ilə qədər biletlər dollarla satılırdı.



Əlavə olaraq 99 avro biletlərində əl yükü götürə biləcəklər. Yük 5 kq çəkidə olmalıdır. Baqajda 20 kq-a yaxın yük üçün 50 manat qiymət təyin olunub. Bu endirim iki saat yarım gediş və dönüş olan reyslərə aiddir. Gələcəkdə Avropanın başqa şəhərlərinə getmək üçün aşağı büdcəli uçuş reysləri yoxdur. Digər ölkələrdən də bura eyni tipli reyslər gələ bilər.



Təyyarə satış sistemində lessinq deyilən satış sistemi tətbiq olunur. Təyyarədə bəlli oturacaq sayları var. Cəmi 4 sinif satış sinfi olacaq. Bu günə qədər 17 satış sinfi var idi. Onlar ləğv olunub yerinə 4 satış sistemi yaradılıb. Daha tez bilet alanlar daha ucuz bilet almaq imkanına malik olacaqlar. Bu o demək deyil ki, bahalı bilet almaq istəyənlərin aşağı bilet almaq imkanı olmayacaq. Ucuz biletin geri qayıtma, bileti dəyişmə imkanları yoxdur".



Arif Məmmədov qeyd edib ki, manatın devalvasiyasından sonra AZAL 20-40 faiz arasında endirimlər edib: "Novruz, Ramazan bayramı ərəfəsində endirimlər etdik. Avropa Oyunlarına görə akreditasiyadan keçənlər üçün 50 faiz həcmində ilin sonuna kimi endirimlər tətbiq etmişik. Amma bütün təyyarələr üçün sərfəli imkanlar olmalıdır. Biz yaxın günlərdə turizm agentlikləri ilə toplantı keçirəcəyik. Biz reysləri 30 faizdən az satsaq, reyslər səmərəli olmayacaq. 



Embrayerlərin alınması 2013-cü ildən başlayır. Bunları əvvəlcə Bakı-Naxçıvan uçuşları həyata keçirmək üçün almışdıq. Avqustun 1-də Bakı-İstanbul-Bakı ən aşağı tarif 238 avro, ən bahalı 468 avro olacaq. Əvvəl ən aşağı qiymət 274 idisə, indi bu 238, ən bahalı isə 504 avro idisə, indi bu 468 avro olub".


Teqlər:
Bu xəbər cəmi 985 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR