Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Suraxanı rayon İcra Hakimiyyətinin fəaliyyətsizliyi iddia olunur - FOTOLAR

Suraxanı rayon İcra Hakimiyyətinin fəaliyyətsizliyi iddia olunur - FOTOLAR


Respublikamızda icra hakimiyyətləriylə bağlı vətəndaşlar tərəfindən narazılıqlar, şikayətlər səngimək bilmir. Bir çox icra başçılarının yarıtmaz fəaliyyəti sakinlərlə yanaşı ölkə prezidentini də narahat edir. Cənab prezident iclaslarda, görüşlərdə bu barədə dəfələrlə öz fikrini bildirir, icra başçılarına fəaliyyətlərində dönüş etmək yaranmış nöqsanları aradan qaldırmaq barədə göstərişlər verir. Bu günlərdə keçirilmiş son müşavirədə cənab prezident bu məsələyə daha sərt reaksiya verdi və qısa zaman ərzində mövcud problemlərin həll olunması ilə bağlı lazımi tapşırıqlar verdi.



Rayon ərazisində torpağı kimlər və neçəyə satır?



Fəaliyyətində ciddi nöqsanlar olduğu iddi olunan icra Hakimiyyətlərindən biri də Suraxanı rayon İcra Hakimiyyətidir. Zaman keçdikcə Suraxanı rayon İcra Hakimiyyətinin fəaliyyətindən narazılıqlar azalmaqdansa daha da artır. İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla bağlı şikayətlər, müraciətlər gündən-günə çoxalır.  Qaraçuxur, Əmircan, Bülbülə, Yeni Suraxanı, Hövsan və Zığ olmaqla altı qəsəbəni əhatə edən rayonda həllini gözləyən məsələlər kifayət saydadır. Narazılıqlara səbəb olan məsələlərdən ən başlıcası isə rayon ərazisində yaşayış tikintisi üçün ayrılan torpaqların həddindən artıq baha qiymətə satılmasıdır. Bu problemlə bağlı şikayətlər əsasən Hövsan qəsəbəsi, Bahar bağları deyilən ərazidəndir. Qəsəbə sakinlərinin əksəriyyəti bildirir ki, uzun illərdir qəsəbə bələdiyyəsində yaşayış evi tikmək üçün torpaq növbəsinə yazılsalar da hələ də bələdiyyədən bir sot belə torpaq ala bilməyiblər. Bələdiyyədən isə səbəb olaraq balansda torpaq olmadığı bildirilib. Buna baxmayaraq rayon icra hakimiyyətinin “dəllalları” bazar qiymətindən çox yüksək qiymətə torpaq satışını həyata keçirirlər. Şikayətlər bununla da bitmir, əlbəttə ki. Torpaq alandan sonra həmin ərazidə yaşayış evi timək elə də asan başa gəlmir. Belə ki, lap balaca bir ev tikmək üçün icra hakimiyyətindən, kənd əraziicra  nümayəndəliyindən icazə almağın “tası” beş min manatdan başlayır. Və bu məbləğ gündən-günə də artmaqdadır. Hövsan kənd ərazi icra nümayəndəsi Ağasəlim Əliyevin fəaliyyətində bu barədə dəfələrlə nöqsanlar aşkar edilib. Hətta sakinlərin dediyinə görə kənd ərazi icra nümayəndəsinin tutduğu vəzifədən uzaqlaşdırılması ilə bağlı şaiələr də yaranıb. Ancaq bu xəbər rəsmi şəkildə özünü doğrultmayıb.



Suraxanı rayonunun Bahar bağları deyilən ərazisində də torpaq satışı zamanı ciddi problemlər yaranmışdı. Belə ki, həmin ərazidə torpaq almaq istəyən kəslər özünü icra başçısının “əlaltısı” və “Baharın sahibi” kimi təqdim edən Hövsan bələdiyyəsində sədr müavini olmuş Arif Aslanovun fırıldaqçılığı ilə üzləşmişdilər.  Arif Aslanov səlahiyyətlərindən istifadə edərək bir ərazini azı on adama satmışdı və hər kəsə də ayrılıqda saxta etibarnamələr vermişdi. Arif Aslanovun fırıldaqçılığı pik həddə çatandan sonra o işindən uzaqlaşdırılsa da Bahar bağlarında mübahisəli torpaq sahələri hələ də qalmaqdadır. Torpaq alan kəslər iddia edir ki, Arif onların pullarını tək mənimsəməyib və o icra başçısı ilə əlbir olub. Suraxanı rayonu ərazsiində torpaq satışı zamanı korrupsiya hallarının yaşanması təkcə bu ərazilərə aid deyil. Son illərdə bu barədə Qaraçuxur qəsəbəsində də ciddi nöqsanlar yaranmışdı. Qaraçuxur bələdiyyəsinin sədri Tahir Rzayev bu məsələdə günahkar bilinmişdi və Tahir Rzayev öz ərizəsi ilə vəzifəsindən uzaqlaşdırılmışdı. Bununla da sanki növbəti “şahmat oyunu” sərgilənmişdi.



Sakinlər nədən və niyə narazılıq edirlər?



Rayon sakinləri iddia edirlər ki, rayon rəhbərliyini sakinlərin və qəsəbələrin heç bir problemi narahat etmədiyindən o sakinləri deyil də öz “cibini düşünür”. Hazırda qəsəbələrdə vəziyyət heç də ürəkaçan deyil. Hövsan qəsəbəsi ərazisində qəsəbədaxili yollar bərbad vəziyyətdədir. İlk Avropa Oyunlarından qabaq qəsəbəyə gələn yol təmir edilsə də qəsəbənin giriş hissəsində işlər dayandırılıb. Təmir briqadası tərəfindən əvvəlki yol da qaşınaraq yararsız hala salınıb. Yolqırağı ticarət obyektlərinin gündən günə artması nəticəsində qəsəbədaxili yollar çox ensiz haldadır. Bu da tez-tez qəzaların baş verməsi ilə nəticələnir. Demək olar ki, yollarda piyada keçid zolaqları yox dərəcədədir. Bunun ucbatından dəfələrlə ölümlə nəticələnən qəzalar baş verib. Sakinlər idda edir ki, həmin ticarət obyektlərinin “əsas sahibi” rayon rəhbərliyi özüdür.



Qəsəbə ərazisində istismar müddətini başa vurmuş və hər an təhlükə mənbəyi ola biləcək elektrik dirəkləri və elektrik naqilləri mövcuddur. Həmin elektik xəttləri keçən ərazidə çox sayda yaşayış evləri tikildiyindən bu yarasız xətlər ağır fəsadlarlar törədə bilər. Həmin evlərin tikilməsində sakinlərdən çox aidiyyati qurumlar məsuliyyət daşaıyır. Çünki həmin evlər göbələk kimi bir gecədə yerdən bitə bilməzdi. Aparılan hər hansı xırda bir tikinti zamanı icra hakimiyyətindən, polis idarəsindən nümayəndələr tikinti aparan şəxsin başının üstünü kəsdirib öz “dolyalarını” tələb edirlər. O ki, qaldı bu boyda evlərin tikintisi zamanı aidiyyati orqanlar xəbərsiz olsun. Həmin evlərdən bəzilərinə isə kənd ərazi nümayəndəliyi ünvan belə verib və həmin evin sakinləri evlərində qeydiyyata belə alınıblar. Həmin ərazilərdə dəfələrlə qəza halları yaşansa da rayon rəhbərliyi tərəfindən heç bir ciddi tədbirlər həyata keçirilməyib. Sakinlərin aidiyyati orqanlarla yanaşı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasova müraciətləri də nəticəsiz qalıb. Sakinləri narahat edən məsələlərdən biri də yeni salınmış yaşayış ərazilərində yollarda asfalt örtüyünün, su və kanalizasiya xəttlərinin olmamasıdır. Elə də yüksək maddi durumda olmayan sakinlərin öz hesablarına bunları etməsi mümkünsüzdür. Onların maddi imkanı yollara daş tozu tökməyə zorla çatır. Ancaq bu da yol problemini həll etmir. Payız və qış aylarında yollar keçilməz vəziyyətə düşür, sakinlər palçıqlı yollarla zorla hərəkət edirlər. Ayda bir dəfə 40-50 manat verib kanalizasiya şımbasını təmizlətdirməyə imkanı çatmayan sakinlər isə məişət tullantılarını küçələrə axıtmağa məcbur qalırlar. Bu da əlbəttə ki, sakinlərin sağlamlığına ciddi zərər vura bilər. Tonu beş manata satılan içməli suyu almağa maddi durumu imkan verməyən kəslər vedrələrlə uzaq məsafədən su daşımağa və texniki sulardan istifadə etməyə məcbur olurlar.



Narazılıqlar səngimək bilmir



Suraxanı rayon İcra hakimiyyətinin başçısı İlqar Abbasovun rayona rəhbərlik etdiyi on il müddətində barəsində xeyli sayda neqativ fikirlər səslənib,  iddialar edilib. Bu iddialar və səsləndirilən fikirlər mətbuat orqanlarına qədər yansıyıb. Dəfələrlə qəzetlərdə və saytlarda rayonla bağlı tənqidi yazılar gedib.



Bir müddət əvvəl rayon ərazisində yaşayan Qarabağ əliləri icra hakimiyyətinin zülmünə məruz qaldıqlarını iddia edərək ölkə prezidentinə müraciət ünvanlamışdılar. Onlar dövlət tərəfindən onlara göstərilən qayğının İlqar Abbasov tərəfindən heçə endirildiyini iddia edirdilər. İddia edirdilər ki, dolanışıqlarını təmin etmək üçün xırda biznesin yaradılmasına imkan verilmir. Səbəb isə həmin ərazidə rayon icra hakimiyyətinin vəzifəli şəxslərinə məxsus müxtəlif ticarət obyektlərinin olmasıdır.



Digər tərəfdən də iddia olunur ki, Suraxanı rayon icra hakimiyyətinin başçısı büdcə vəsaitini mənimsəməyin yeni formasını tapıb. Deylir ki, İlqar Abbasov rayon Yaşıllaşdırma İdarəsi və Mənzil Kommunal Təsərrüfatı Birliyi vasitəsi ilə hər il dövlət büdcəsindən külli-miqdarda vəsaiti talan edir. Təkcə 2013-cü ildə Suraxanı Mənzil Kommunal Təsərrüfat Birliyinə 720 min manat vəsait ayrılıb. Bu vəsaitin 350 min manatı abadlıq işləri üçün “Dizayn construction” MMC yə köçürülüb. Yerdə qalan 370 min manat vəsait isə Kommunal Təsərrüfat birliyi tərəfindən ehtiyat tikinti materiallarının (119 min manat), ehtiyat hissələrinin (114 min manat) və xüsusi geyimlərin (137 min manat) alınmasına xərclənib. Bu xərcləmələrlə bağlı məlumatda bildirilir ki, adı çəkilən birlik ehtiyat hissələrinin və tikinti materiallarının alınması zamanı sənədləşdirmələrdə qiymətlərin şişirdilməsinə şərait yaradaraq ayrılan vəsaitlərin bir hissəsinin mənimsənilməsinə yol verilib. Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədov icra başçısı İlqar Abbasova yaxınlığı ilə tanınan şəxsdir. Baş verən korrupsiya hallarını məhz icra hakimiyyətinin başçısına arxalanaraq bu işləri həyata keçirib. Bu proses 2014 və 2015-ci illərdə də davam edir. Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfat Birliyinin nəzdində 74, 62, 63, 68, 103, 104 və 105 Saylı MKİS-lə fəaliyyət göstərirlər. Bu MKİS-lərin fəaliyyətində ciddi korrupsiyaların olduğu və abadlıq və digər işlərin görülməsi sahəsində böyük yeyintilərin olduğu bildirilir.



Bunlardan əlavə iddia olunur ki, Suraxanı rayon bələdiyyə sədrlərini İlqar Abbasov təyin edir və bu rayonda bələdiyyə sədri olmaq elə də “asan” məsələ deyil. Bildirilir ki, icra başçısı heç kimə məhəl qoymadan bələdiyyələrdən büdcənin imkanları xaricində olan işləri görməyi tələb etdiyinə görə bu postda oturmaq çox çətin olur. Rayon ərazisində 6 bələdiyyə olmasına baxmayaraq heç bir bələdiyyə sədri qadın deyil. Seçkilərdən sonra bir tək Zığ bələdiyyəsinə qadın sədrlik etsə də xanımın bu postda oturmağı çox çəkməyib. Vusalə Mirzəyeva öz xahişi ilə sədrlik postundan gedib.



Ümid cənab prezidentədir



Rayon sakinləri mövcud problemlərin həlli istiqamətində rayon rəhbərliyindən heç bir müsbət fəaliyyət görmədiklərinə görə bundan sonra da yaxşılığa doğru nəsə baş verəcəyinə ümidsizdirlər. Onların yeganə ümidi ölkə başçısıdır. Suraxanı rayon sakinləri inanır ki, qarşılaşdıqları problemlərin müəyyən bir qismi ölkə prezidentinin son tapşırıqlarından sonra tez zamanda öz həllini tapacaq. Əks təqdirdə cənab prezident sakinlərin xeyrinə olaraq daha sərt addımlar atacaq.(Reaksiya.az)



 



 
















Teqlər:
Bu xəbər cəmi 2285 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR