Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Müəllimlər İnstitutunun Cəlilabad filialında rüşvət rüzgarı

Müəllimlər İnstitutunun Cəlilabad filialında rüşvət rüzgarı


 




Aqiya Naxçıvanlının rəhbərlik etdiyi Azərbaycan Müəllimlər İnstitutu ölkənin bir nömrəli müəllim hazırlayan ali təhsil ocağına çevrilə bilmədi... 



Hər şeydən xəbəri olub, hər şeydən kənarda qalmağı bacaran rektor Agiya Naxçıvanlının son rüşvət məsələsinə münasibət bildirməməsi həqiqətdə nələrdən xəbər verir?



Azərbaycan cəmiyyəti nə qədər arzulasa belə Azərbaycan Müəllimlər İnstitutu ölkənin bir nömrəli müəllim hazırlayan ali təhsil ocağına çevrilə bilmədi. Adı daima qalmaqallarla, rüşvət və korrupsiya halları ilə gündəmə gətirlən Müəllmlər İnstitutu, təhsil sistemində müəllim imicini aşağılayan ən böyük təhsil ocaqlarından biridir.



Növbəti təhsil ilini başa vurmamış Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialında baş verənlər neqativ virus kimi gündəmin beynini doldurdu. Belə ki, dosent Xudayar Sultanlı hələ bir neçə il əvvəldən filialın direktoru təyin olunsa da faktiki olaraq keçmiş drektorun oğlu Eyvaz müəllim rəhbərlk edr. Bizə məlumat ötürən mənbənin bildirdiyinə görə Eyvaz müəllimin diplomu da saxtadır. Rusca doğru-dürüst danışa bilməyən Eyvaz müəllm, görəsən rus ali təhsil ocağında rus dilində necə təhsil alıb diplom mənimsəyib? Bəlkə özünün tez-tez fəxrlə qeyd etdiyi kimi tələbə yoldaşı mərhum Boris Nemtsov ona köməklik edib?

Filialın adı dəfələrlə neqativ hallarda səsləndiyindən bu işlər artıq adiləşməyə başlayıb. Ölkədə hər bir hərəkətin şəffaflaşdığı bir dövrdə rüşvətin və digər neqatv halların şəffaflığı bir tərəfdən vəzifəli şəxsin mənəmmənəmliyindən xəbər verirsə, digər tərəfdən həmin faktı cəmiyyətin gözündə acizləşdirərək qorxu pərdəsini ortadan qaldırır. Əlbəttə ki, bu heç də yaxşı hal deyil, çünki cəmiyyət öyrəncəli olur və elə düşünür ki, bu elə-belə də olmalıdır.



Azərbaycan Müəllimlər nstitutunun Cəlilabad filialında son olaraq adı hallanan rüşvət yığımı buraxılış imtahanı ilə bağlıdır və konkret olaraq 500 manat civarında dəyərləndirilib. Bu rəqəm isə ümumiləşəndə böyük bir məbləğ hesab olunur. Heç şübhəsiz ki, həmin məbləği Eyvaz müəllimlə öz arasında bölüşdürməyə Xudayar Sultanlının həddi çatmaz. Heç İcra Hakimiyyətinin başçısı Əziz müəllim də bu işi ört-basdır etməyi öz üzərinə götürməz.



Deməli, onlara himayə duranlar sistemin daha yuxarı eşalonunda oturanlardandır. Şübhəsiz ki, bu məsələ mətbuatın gündəmində çözüldüyündən Azərbaycan Müəllimlər İnstitutuna “uğurla” rəhbərlik edən Aqiə Naxçıvanlının da diqqətindən kənarda qala bilməz. Belə olan halda Agiya xanımın susması bir az müəmmalı görünür.



Xatırladaq ki, son bir neçə ildə rüşvət və korrupsiya hallarına görə Azərbaycan Müəllmlər İnsttutu bütün ali təhsil ocaqlarının adlarını batil edib. On bir filialdan doqquzunun direktoru vəzifəsindən azad edilib, ikisi ümumiylə bağlatdırılıb, bəziləri birləşdirilib. Maraqlıdır, doqquz filialın direktoru rüşvətxor olan, düzgün işləməyən bir institutun rektoru necə d ü z g ü n işləyə bilir?(sonolay.org)



Teqlər:
Bu xəbər cəmi 915 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR