Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Beynəlxalq Bankdan ipoteka ilə ev aldı, dərdə düşdü

Beynəlxalq Bankdan ipoteka ilə ev aldı, dərdə düşdü


“Mən evimi satmaq istəyirəm. Təcili pul lazımdır. 3 real alıcı da vardı. Amma bankın məsuliyyətsizliyi ucbatından mən evimi sata bilmirəm”.



Bunu Bakı şəhər sakini Xəyal Azəroğlu deyir. O, kreditlə aldığı mənzilin yenidən sənədləşdirilməsi zamanı üzləşdiyi çətinlikdən danışır.



X.Azəroğlu 2014-cü ilin aprelində Xırdalan şəhərində yerləşən “AAAF” yaşayış massivində ikiotaqlı, 67 kvadratmetrlik mənzil alıb: “Mənzil almaq üçün Beynəlxalq Bankdan 12 faizlə kredit götürmüşdüm. Hər ay 530 manat kredit ödəyirəm. İlkin 13 min manat ödəmişəm. Mənə təcili pul lazımdır. Həmin evi satmaq istəyirəm. 3 ay əvvəl Beynəlxalq Bankdan dedilər ki, rəhbərlik dəyişəndən sonra bütün bank əməliyyatları dayandırılıb, 15 gün sonra yenidən müraciət edə bilərəm.



15 gün sonra yenidən getdik. Oliqarxlar həbs edilən ərəfə idi. Bildirdilər ki, ümumiyyətlə bankda hər hansı əməliyyat aparılmır. Mən kredit şöbəsinin müdiri ilə danışdım. O da bildirdi ki, bankın bütün daxili kreditləri ilə bağlı əməliyyatlar dayandırılıb. Odur ki, evin yenidən sənədləşməsi tezliklə mümkün olmayacaq. Bankın belə bir məsuliyyətsizliyinə görə üç real alıcımı itirdim. Mənə deyirlər ki, hara istəyirsən müraciət elə”.



Xəyal Azəroğlu məhkəməyə müraciəti əlavə vaxt itkisi hesab edir. Elə buna görə də məhkəməyə müraciət etmək fikri yoxdur.



Bu il – martın 18-də Beynəlxalq Bankın idarə Heyətinin sədri Cahangir Hacıyev öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.



Bundan sonra həmin bankdan kredit götürən iş adamları istintaqa çağrılıb. Onlar arasında həbs olunanlar da var. Hüquq-mühafizə qurumları bu haqda hər hansı açıqlama verməyib. Hələ ki, ancaq rəsmilərdən deputatlar bu haqda danışır.



İstintaq iş adamlarının Beynəlxalq Bankdan götürdükləri kreditləri aidiyyəti üzrə xərcləməsini, onların banka borcu olmasını araşdırır.



Hüquqşünas Müzəffər Baxış belə problemlərin qarşısını almaq üçün şərtlərin sərtləşdirilməsini təbii sayır. O, əlavə edir ki, elə Xəyal Azəroğlunun mənzili yenidən sənədləşdirə bilməməsi də risklərin azaldılmasına hesablanıb.



“Beynəlxalq Bank kredit verərkən krediti alan şəxsin vəsaiti qaytara bilmə riskini azaltmalıdır. Mənzilin alqı-satqısı, yenidən sənədləşdirilməsi ancaq və ancaq bankın razılığı ilə olmalıdır. Bank razı olmasa, hər hansı əməliyyat aparmaq olmaz. Bəlkə mənzili almaq istəyən şəxs heç krediti vaxtlı-vaxtında ödəyə bilməyəcək?! Bu, son vaxtlar ciddi problemə çevrilib. Vətəndaşlar elə bilirlər ki, götürdükləri krediti istədikləri vaxt kiməsə sata bilərlər. Bunun yeganə həll yolu maarifləndirmədir. Banklar kredit verərkən müştəriləri maksimum məlumatlandırmaldır ki, sonradan belə bir problemlər olmasın” – M.Baxış “Azadlıq”a deyib.



Bu hal “İpoteka haqqında qanun”un 30-cu maddəsi ilə tənzimləyir. Həmin maddədə deyilir ki, bankın razılığı olmadan hansısa əməliyyat aparıla bilməz


Teqlər:
Bu xəbər cəmi 1180 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR