Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Texniki baxışa gedən sürücülərə şok xəbər- 150 manat cərimə

Texniki baxışa gedən sürücülərə şok xəbər- 150 manat cərimə


Bir neçə sürücü avtosfer.az saytına müraciət edərək bildirib ki, texniki baxışa təqdim etdikləri avtomobildə uyğunsuzluq aşkar ediləndən sonra Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Məntəqəsində onlara 150 manat məbləğində cərimə yazılacağı deyilir. 



 



Qafqazinfo”nun məlumatına görə, ekspert, hüquqşünas Ərşad Hüseynov bildirdi ki, DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrinin müayinə-diaqnostika mərkəzlərində nasaz avtomobillərin sahiblərinə belə yanaşma qanuna ziddir: 



“Bu fəaliyyət, yəni avtomobillərə texniki baxışın keçirilməsi DİN-in 16 may 2012-ci il tarixli, Q6-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə” Təlimatla tənzimlənir. Bu Təlimatın 6.3-cü bəndində və başqa normalarında Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzində və regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrinin texniki baxışının keçirilməsi qaydası və bu zaman edilə biləcək hərəkətlər konkret sadalanır. 



Təlimatın 6.3.13-cü bəndində aydınca qeyd edilir ki, “Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsinin tələblərindən birinə cavab verməyən nəqliyyat vasitələri nasaz hesab olunur və onların istismarı qüvvədə olan qanunvericiliyə əsasən qadağan edilir. Bu halda “Yol hərəkəti haqqında” Qanuna 1 nömrəli əlavə ilə müəyyən olunmuş nasazlıqlar dəqiq göstərilərək (normalar, dərəcələr və s.) iki nüsxədə akt tərtib olunur, aktın bir nüsxəsi nəqliyyat vasitəsini baxışa təqdim etmiş səlahiyyətli şəxsə (onun sahibinə) təqdim edilir”.



Göründüyü kimi, belə nasazlıq aşkar edildikdə nəqliyyat vasitələrinin sahiblərinin hər hansı məsuliyyətə cəlb olunması nəzərdə tutulmur. Nasazlığa görə məsuliyyətə cəlbetmə belə nasazlıq yol hərəkətində iştirak edən nəqliyyat vasitəsində aşkar edildikdə həyata keçirilir ərazidə xidmət edən DYP əməkdaşları tərəfindən həyata keçirilir (Təlimatın 6.2.6-cı bəndi).



Ə.Hüseynov qeyd etdi ki, texniki baxışa gələn nəqliyyat vasitəsində qüsur aşkar edilərkən onun sahibinin məsuliyyətə cəlb olunmasını İnzibati Xətalar Məcəlləsi (İXM) mümkünsüz sayır: 



“Nəqliyyat vasitəsində nasazlıq olmasına görə məsuliyyət İXM-in 155.2-ci, 155.2-3-cü maddələrində nəzərdə tutulur. Həmin maddələrə diqqət etdikdə aydın olur ki, avtomobildə istismar prosesində yaranan nasazlıqlar (tormoz sisteminin və ya sükan idarə mexanizminin, xarici işıq cihazlarının və ya qabaq şüşənin şüşə silgəclərinin və şüşəyuyanların və ya təkərlərin və şinlərin və ya mühərrikin, yaxud konstruksiyasının digər ünsürlərinin nasazlıqları) yalnız o halda inzibati tənbeh tətbiq olunmasına səbəb ola bilər ki, həmin nasazlıqları aradan qaldırmaq mümkün olmasın. İXM-in həmin maddəsində konkret olaraq göstərilir ki, məhz belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə cərimə tətbiq oluna bilər. Özü də nasazlığın nə vaxt aradan qaldırılacağı da əhəmiyyət daşımır.



Digər tərəfdən, sürücü öz avtomobilini texniki baxışa gətiribsə, avtomobildə aşkar olunan nasazlığa görə onu məsuliyyətə cəlb etmək məntiqə də uyğun deyil.



Beləliklə, texniki baxışa gələn nəqliyyat vasitəsində istismar prosesində yaranmış nasazlığın aşkar edilməsi heç bir halda sürücünün texniki baxış məntəqəsində cərimələnməsinə səbəb ola bilməz. Belə edirlərsə, bu, qanunsuzdur”.


Teqlər:
Bu xəbər cəmi 1045 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR