Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanın milyonları Gürcüstana necə axır?- Araşdırma

Azərbaycanın milyonları Gürcüstana necə axır?- Araşdırma


Artıq bir neçə gündür ki, sözün əsl mənasında ölkə gündəmini AZAL-ın bilet qiymətlərinin bahalığı ilə bağlı problem silkələməkdədir. “Qafqazinfo” xəbər verir ki, sözügedən problem ölkə prezidenti tərəfindən hökumətin iclasında sərt tənqid edildikdən sonra daha da aktuallaşmağa başlayıb. Demək olar ki, ölkənin dövlət qurumları, deputatlar, turizm sektorunda çalışanlar həm biletlərin, həm də otellərin qiymətlərinin bahalığını açıq şəkildə tənqid edirlər. Artıq ölkə başçısı da müvafiq qurumlara hər iki sahədə qiymətlərin tənzimlənməsi ilə bağlı tapşırıqlarını verib. 



 



Bu yerdə “Qafqazinfo” bir neçə məqamı oxucuların diqqətinə çatdırmaq niyyətindədir. Belə məqamda, Azərbaycanda şok hadisə kimi qarşılanan hal istirahətə getmək istəyən əhalinin böyük əksəriyyətinin Azərbaycan Gürcüstan sərhədinə üz tutmağı ilə bağlıdır. Məsələn, yerli turizm şirkətləri Azərbaycan üzərindən Antalyaya və ya Bodruma səfər təşkil edirsə, yeddi günlük istirahət üçün qiymət minumum 600 manatdan 2000 manata qədər dəyişir. Eyni istiqamətə isə Gürcüstan üzərindən 400-500 manata getmək mümkündür. Nəticədə biletlərin qiymətində çox böyük məbləğdə fərq yaranır. Hətta  "Mardan Palace", "Su səsi" və s. bahalı otellərə gedən zaman Gürcüstan üzərindən getmək 2500-3000 manat fərq yaradır.



Bu məqamda Azərbaycan turizm şirkətlərinin ikisinin Antaliya və Bodrum üçün təklif etdiyi qiymətlərə nəzərə salaq:



“İntravel” turizm şirkətinin Antalya və Bodrumda bir həftəlik təşkil etdiyi turizm qiymətləri



ANTALYA



Alerya Hotel 3—490 AZN



Ikbal Hotel 3 - 504 AZN



Venus Beldibi Hotel 3-507



Atlas Hotel 4-574 AZN



Kemer Millennium Palace 4-577 AZN



Mira Garden Resort Hotel 4-594 AZN



Club Konakli Hotel 5 -685 AZN



Club Konakli Hotel 5-687 AZN



Telatiye Resort 5-710 AZ





BODRUM



Aegean Garden Hotel 3- 715 AZN 



Acacia Hotel 3 -720 AZN 



Tenda Hotel 3+ -754 AZN



Ayaz Aqua Hotel 4-760 AZN



Royal Palm Beach 4-870 AZN



Club Shark Hotel 4-883 AZN



Green Beach Resort 5-885 AZN



Green Beach Resort 5- 889 AZN 



Ramada Resort Akbük 5- 915 AZN



 



İnturist Travel



SUNMERRY HOTEL 4 - 659 AZN



ARMAS RESORT HOTEL 5 - 749 AZN



HAPPY ELEGANT 5 - 779 AZN



RIVER GARDEN HOLIDAY VILLAGE 5 - 789 AZN



 



6 gecə / 7 gün



Qiymətə daxildir: 



- Aviabilet (Bakı - ANTALYA - Bakı) 



- 6 gecə; 7 gün oteldə gecələmə 



- Qidalanma UAI (Ultra All inclusive)



- Transfer 



- Sığorta.



qiymət 2 nəfərlik yerləşmədə 1 nəfər üçün hesablanıb.



Belə olan halda, Azərbaycan əhalisinin böyük hissəsi Batumi, Kabuleti,Tiflisdə həftəsi 300-400 manatı gözəl istirahət imkanlarından faydalanır. Hətta bəzi otellərdə həftəsi 200 manata da dincəlmək mümkündür. Hazırda Gürcüstanın bütün kurort mərkəzləri azərbaycanlılarla doludur.





Dövlət Sərhəd Xidməti son bir neçə ayda Azərbaycan Gürcüstan sərhədini keçənlərin statistikasını açıqlasa, mənzərə daha aydın görünər. Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, bu rəqəm olduqca böyükdür. Hətta başqa aylarla müqayisədə on dəfələrlə artıqdır. Bu qədər insan selinin Gürcüstana axmasının səbəbi isə aydındır. Prezidentin də qeyd etdiyi kimi, bölgələrdə otellərin qiymətləri həddindən artıq yüksəkdir. Bu cür qiymətlər isə orta azərbaycanlının gəlirləri ilə tərs mütənasibdir.



Məsələn, bölgələrdə yerləşən beş ulduzlu otellərdən "Qafqaz Resort Hotel", "Rixos" otellərində qiymətlər günlük 120-180 manat arasında dəyişir. Bir həftə bu otellərdə qalmaq təxminən 800-1000 manata başa gəlir. Otelin ən lüks xidmətlərindən istifadə etmək istəyənlər isə qiymətlər daha da bahadır. Günlük 400-500 manat arasında dəyişir. Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 454 manat olduğu halda,  bu cür otellərdə dincəlmək onlar üçün təbii ki, əlçatmaz olacaq.



Bölgələrdə fəaliyyət göstərən istirahət mərkəzlərindən bəzilərinin 1 günlük qiymətləri ilə tanış olaq:



Xızıda yerləşən Altıağac "Cənnət Bağı" istirahət mərkəzi - 2 nəfər üçün səhər yeməyi daxil 1 otaqlı nömrə 55-80 AZN, 2 otaqlı nömrə isə 100 AZN.



Qubada yerləşən “Bərpa SPA Mərkəzi” - 2 nəfərlik 1 otaq 60 AZN, 2 otaq 160 AZN. Qiymətlərə sadəcə səhər yeməyi daxildir.



Xaçmazda yerləşən “Çoban bulaq” istirahət mərkəzi- 2 nəfər üçün istirahətin qiyməti 60-80 AZN arası dəyişir.



Qax rayonunda “El Resort” Hotel - 1 nəfərlik nömrə 80-100 AZN, 2 nəfərlik 90-110 AZN, ailəvi nömrə -150-170 AZN-dir 



Şəki şəhərində “Küngüt” istirahət mərkəzi- 1 otaqlı - 50 AZN, 2 otaqlı - 75 AZN. Burada Küngüt qalasına ekskursiya və orada verilən balla çay sizə 30 AZN qiymətinə başa gələcək.



Nabranda “Ober-lux” istirahət və əyləncə mərkəzi- 1 standart otaq- 50 AZN,2 otaq- 70 AZN. 3 dəfə yemək daxil xidmətdən yararlanmaq 1 nəfər üçün 55 AZN təşkil edir. Lakin xidmətdən yararlanmaq üçün minimum 1 həftə qalmaq və ya qrup halında olmaq lazımdır.



Qəbələdə “Qafqaz Resort” Hotel- qiymətlər  səhər yeməyi daxil olmaqla 120 AZN-dən başlayır.



Qusarda "Suvar" istirahət mərkəzi- Səhər yeməyi daxil olmaqla 2 nəfər 50 AZN, 4 nəfər 80 AZN-dir.



Şamaxıda “Magic Life” istirahət zonası- 6 nəfərlik 3 otaqlı lüks kottec 90 AZN, 2 otaqlı kottec 53 AZN-dir.





Belə olan halda, əhalinin Gürcüstana üz tutması normaldır. Həm başqa bir ölkəni görmək şansı əldə edirsən, həm də xərclədiyin pul büdcənə mənfi təsir etmir. 



Gözlənilir ki, həm bilet, həm də otel qiymətlərinin bahalığı məsələsinə ölkə prezidenti səviyyəsində reaksiya verilibsə, qiymətlərdə kəskin ucuzlaşma olacaq və turizm sezonu bitməmiş məsələ öz həllini tapacaq.



Elə ötən gün Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Vüqar Şıxəmmədov mətbuata açıqlamasında bildirib ki, prezidentin tapşırıqlarından sonra bölgələrdə iki və üç ulduzlu mehmanxanaların tikintisi və sahibkarların stimullaşdırılması, onların bu sahəyə marağının artırılması ilə bağlı tərəfimizdən müvafiq təşkilatlara məktublar hazırlanıb. Mehmanxanalarda qiymət siyasətinin tənzimlənməsi və düzgün qurulması üçün Mədəniyyət və Turizm Nazirliyi vəİqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə təkliflər paketi hazırlanır. Həmçinin sahibkarlar, turizm təşkilatları və mehmanxana menecerləri ilə birgə aparılan işlər davam etdirilir.



Maraqlıdır ki, son günlər ölkə gündəminin ana mövzusunun AZAL-ın bilet qiymətlərinin bahalığı olmasına, ölkə başçısı səviyyəsində tənqidinə baxmayaraq AZAL saymazyanalıq nümayiş etditərək məsələyə heç bir reaksiya vermir. Mətbuatdan quruma çoxsaylı suallar ünvanlansa da, hələ heç bir mediaya cavab verməyi özlərinə rəva bilmirlər. Bu saymazyanalığın hardan qaynaqlanması isə bəlli deyil. Qurumun prezidenti Cahangir Əsgərov və ya digər rəsmi şəxsləri kimə və nəyə arxalanır ki, məsələyə heç bir reaksiya vermirlər. Hər halda bu sualların cavabının, eyni zamanda qeyd olunan problemin tez bir zamanda ölkə əhalisinin xeyrinə həll ediləcəyinə ümidvarıq.



Yazımızı bitirmək üzrəykən belə bir məlumat aldıq ki, artıq AZAL-ın biletləri kəskin ucuzlaşıb və bu ictimaiyyətə açıqlanacaq. Arzu edək ki, bu dalğa özünü ölkə daxilindəki otellərdə də göstərəcək.


Teqlər:
Bu xəbər cəmi 925 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR