Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yanan binada xəsarət alan jurnalistin anasına təzminat verilmir

Yanan binada xəsarət alan jurnalistin anasına təzminat verilmir

Sevinc Fədai: "Anamın hadisə günü binada bizimlə birlikdə qaldığını sübut edə bilmirik


 


"Yanğın zamanı evdə bizimlə birlikdə olan anama çatası təzminatı ala bilməmişik”.


 


Bu sözləri "Report”a açıqlamasında mayın 19-da Binəqədi rayonunda yanğın baş vermiş binada anası və körpəsi ilə birlikdə qalan jurnalist Sevinc Fədai deyib.


 


Onun sözlərinə görə, yanğın baş verən gün Musa Nağıyev adına xəstəxananın Toksikologiya şöbəsinin əməkdaşları onu və körpəsini qeydiyyata alsalar da, anasını qeydiyyata salmayıblar: "Bizi Toksikologiya şöbəsinə təcili yardım maşını gətirdi. Məni və övladımı müayinədən keçirsələr də, anama heç tibbi yardım göstərilmədi, çünki anam oğlumun həkimlərin laqeydliyi ilə üzləşdiyini görüb, uşaqla məşğul oldu. Bizi xilas edənlərin paltarı suyun içində idi, uşaq da suya batmışdı. Həm də ac idi deyə, dayanmadan ağlayırdı. Anam keçirdiyi dəhşətli sarsıntıya, zəhərlənməyə baxmayaraq, müayinə ala bilmədi. Təcili tibbi yardım maşınında da bizi qeydiyyata salmayıblar. Halbuki elə orda qeydiyyata düşməyimiz lazımi sənədi almağımız üçün bəs idi”.


 


Jurnalist bildirib ki, onlar hadisədən bir neçə gün sonra Toksikologiya şöbəsinə müraciət ediblər, anasına bronxit diaqnozu qoyulub və epikriz yox, məsləhət vərəqəsi verilib: "Oğluma və mənə epikriz ala bildik və bunun əsasına bizə kompensasiya ödənildi. Amma anamın yanğının təsirindən bronxit olmasına dair verilən məsləhət vərəqi onun təzminat ala bilməsinə yetərli olmadı. Yəni, biz anamın hadisə günü bizimlə birlikdə binada qaldığını sübut edə bilmirik. Halbuki bizim üçümüzün də orda olduğumuzu nəinki xilasedicilər, həkimlər, bizdən ifadə alan hüquq-mühafizə əməkdaşları, bütün media, hadisə yerindən reportaj yazan jurnalistlər də yaxşı bilirlər və bunu təsdiqləyəcək yüzlərlə adam və fakt var”. 


 


Qeyd edək ki, mayın 19-da Bakı şəhəri, Binəqədi rayonunun Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada yanğın baş verib. Nəticədə 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.


 


Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.


Baş vermiş hadisəyə görə 4 nəfər həbs olunub. 


 


Nazirlər Kabinetinin qərarına əsasən, yanğın hadisəsi nəticəsində həlak olan 15 sakinin hər birinin ailəsinə 15 min manat, xəsarət alanlara 5 min manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəyən əmlakına görə, ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardımın verilməsi nəzərdə tutulub.


İyulun 14-də xəsarət alan sakinlərə 5 min manat kompensasiya ödənilib. 

Teqlər:
Bu xəbər cəmi 1360 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR