Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qəzalar ən çox nə vaxt və harada olur?

Qəzalar ən çox nə vaxt və harada olur?


Bu ilin ilk 6 ayı ərzində Bakıda yol qəzalarının ən çox qeydə alındığı vaxt və yerlər açıqlanıb.



 



Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə deyib ki, günün vaxtına görə, hadisələrin əksəriyyəti saat 13:00-dan 18:00-dək və saat 20:00-dan 24:00-dək qeydə alınıb: “Cari ilin 6 ayı ərzində bu vaxtlarda 189 hadisə baş verib, nəticədə 49 nəfər ölüb, 197 nəfər yaralanıb. Ümumi hadisələrin 48,2%-i, ölüm faktlarının baş verməsi 45,1%-i və xəsarət alınması faktlarının isə 47,6%-i məhz bu saatlara təsadüf edib. Həftənin günlərinə görə isə baş verən hadisələr, ölüm və xəsarət faktları təxminən eyni sayda olub”.



Bölmə rəsinin sözlərinə görə, hesabat dövründə yol qəzalarının əksəriyyəti paytaxtın Heydər Əliyev (27 hadisə, 15 ölüm, 28 yaralı), Ziya Bünyadov (18 hadisə, 8 ölüm, 11 xəsarət), Nobel (14 hadisə, 4 ölüm, 11 xəsarət), Qara Qarayev (14 hadisə, 1 ölüm, 14 xəsarət), Babək (7 hadisə, 3 ölüm, 5 xəsarət), Neftçilər (6 hadisə, 4 ölüm, 3 xəsarət), Tbilisi prospektlərində (5 hadisə, 2 ölüm, 8 xəsarət), Mərdəkan-Buzovna yolunda (10 hadisə, 4 ölüm, 11 xəsarət), Şəhər şossesində (6 hadisə, 6 ölüm, 4 xəsarət), Zığ şossesində (6 hadisə, 5 ölüm, 6 xəsarət) və Bakı dairəvi yolunda (11 hadisə, 3 ölüm, 21 xəsarət) qeydə alınıb: “Bu rəqəmlər paytaxt yollarında qeydə alınan ümumi hadisələrin 31,6%-ni, ölənlərin 46,6%-ni, xəsarət alanların isə 29,5%-ni təşkil edib”.



Qeyd edək ki, 2015-ci ilin ilk yarım ili ərzində Bakı şəhərinin inzibati ərazisində 392 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələrdə 118 nəfər ölüb, 414 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Teqlər:
Bu xəbər cəmi 835 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR