Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ekologiya Nazirliyinin mətbuat xidməti “Ağ göl”ün rəhbəri Loğman müəllimə həvalə olunub?

Ekologiya Nazirliyinin mətbuat xidməti “Ağ göl”ün rəhbəri Loğman müəllimə həvalə olunub?


Dünən Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çox sərt çıxış etdi. Həmin çıxışda ən diqqət çəkən məqamlardan biri də məmurlara edilən xəbərdarlıq idi. Zənnimizcə, Prezident son çıxışında jurnalistlərin də üzərinə böyük məsuliyyət qoydu.  Ölkə başçısının sadə vətəndaşlara və iş adamlarına xitabən “rastlaşdığınız haqsızlıqlarla bağlı mənə SİQNAL verin”deməsindən, ən böyük nəticəni məhz biz jurnalistlər çıxarmalıyıq. Çünki məmur özbaşınalığı,  korrupsiya faktları ilə bağlı ən dəqiq məlumatı əlaqədar qurumların və cənab Prezidentin diqqətinə biz jurnalistlər çatdıra bilərik. Bu, eyniz zamanda bizim peşə borcuzdur.



 





Ancaq gəlin görək,  məmurlar  onları barəsində tənqidi materialların işıqlandırılmasını istəyirmi? Əsla yox! Vəzifəli şəxslərin katibə, sürücü, bağban saxladıqlarını eşitmişdik, ancaq ştatdan kənar mətbuat xidməti strukturu qurduqlarını eşitmək bizim üçün əsl sürpriz oldu.



 





Hesab edirik ki, bu cür ciddi faktla əlaqədar  qurumlar yaxından maraqlanmalıdır.  İş olan yerdə nöqsan da olar və biz buna təbii baxırıq. Ancaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinində bu məsələyə fərqli yanaşma var. Qanunvericiliyə görə, həmin nazirlik barədə yazılan tənqidlərə qurumun  mətbuat xidmətinin rəhbəri İradə İbrahimova reaksiya verməlidir. İradə xanımın kifayət qədər peşəkar olduğunu da bilirik. Ancaq deyəsən, nazirlikdə onun səlahiyyətlərini mənimsəyən adam tapılıb.



 





Konkret fakta keçək. Bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı yayımladığımız materialla  verilən reaksiya biz təəccübləndirdi. Redaksiyaya zəng edən adam özünü  Ekologiya Nazirliyinin məsul əməkdaşı kimi təqdim etdi. Adının da Loğman olduğunu dedi. İradı belə oldu ki, bütün saytlardan yığışdırmışam siz də çıxarmalısınız. Təbii ki , məqaləni nəzərdə tuturdu. Loğman müəllim jurnalistlərin yaxın dostu olduğunu da bizim nəzrimizə çatdırdı. Bu dostluğun hansı əsaslarla edildiyi barədə də kifayət qədər məlumat toplamışıq. Sonradan bizə məlum oldu ki, Loğman Mehdiyev heç Bakıda işləmir. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçiliyində olan “Ağ göl “Milli Parkının  rəhbəridi. Yəni, hansısa rəhbər işçi barəsində dərc edilən materialların saytlardan yığışdırılması Loğmanının səlahiyyətini çox aşan məsələdi. Təbiidir ki, bu cür jestlərilə Loğman Məmmədov kiminsə gözündə yüksəlmək istəyir. Ancaq apardığımız jurnalist araşdırması tamamilə fərqli mənzərəni ortaya qoyur.  Görəsən, hansısa rəhbər işçi barəsində yazıları saytlardan yığışdırmaq missiyasını üzərinə götürən Loğman müəllimin heç özündən xəbəri varmı? Bu, lap bizə dəvə ilə pambıq misalını xatırlatdı.  Onun barəsində  müxtəlif KİV-lərdə dərc edilən kifayət qədər ifşaedici məlumatlar tapmaq mümkündü. Nədənsə mətbuatla işləmək kimi üstün bacarığı mənimsəyən Loğman Məmmədovu həmin yazılar o qədər də narahat etmir. Belə olmasaydı, qapı-qapı düşüb başqalarının xahişini etməzdi.



 





Yayılan məlumatlara görə,  “Ağ göl ” Milli Parkı çöl-göl ekosistemi olub, köçəri və yerli quşların, o cümlədən digər heyvanların məskunlaşdığı ərazi olmalı olsa da, əslində bir qrup adamın qazanc, şəxsi gəlir mənbəyinə çevrilib. Bu yaxınlarda mətbuatda yayılan məlumatlar da bunu təsdiq edir. Fotolarda təbbii sərvətimizin bir parçasının acınacaqlı durumu əks olunur.  Bir sözlə, “Ağ göl” Milli Parkı Loğman Məmmədov üçün süd, nadir quşlar və balıqlar üçün isə qan gölünə çevrilib…



 





AZİNFORUM.AZ



  


Teqlər:
Bu xəbər cəmi 2625 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR