Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

KATİBƏSİNƏ 350 MİNLİK AVTOMOBİL ALAN AZƏRBAYCAN MƏMURUNUN ƏMLAKI MÜSADİRƏ OLUNACAQ?

KATİBƏSİNƏ 350 MİNLİK AVTOMOBİL ALAN AZƏRBAYCAN MƏMURUNUN ƏMLAKI MÜSADİRƏ OLUNACAQ?


 



AZERİNFOMüzəffər Baxışov: “Məhkəmə ilə müəyyən edilsə ki, həmin ev əslində adına rəsmiləşdirilən şəxsə deyil, Qüdrət Şükürova məxsusdur, o zaman…”



“Bakı Lift-Təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun sürücüsünün adına 5 milyon dollarlıq ev aldigi bildirilir. Bir yoxlama zamanı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki “Bakılift-təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovla bağlı heyrətamiz məlumatlar ortaya çıxıb. Məlum olub ki, baş direktorun özünün yox, sürücüsünün “adına” nə az-nə çox, düz 5 milyon manatlıq əmlak var! Özü də Bakının mərkəzindəki “Alov qüllələri” kompleksində! İzahat üçün dərhal deyək ki, həm “Alov qüllələri” kompleksində, həm də “Hilton” hotelində şəxsi mənzil üslubunda da yaşayış sahələri var və onlar yüksək qiymətlərə satılır.



Bundan başqa Azerinfo.org-a daxil olan məlumatda deyilir ki, Qüdrət Şükürov öz katibəsinin adına bahalı avtomobil alıb. Maraqlıdır ki, avtomobil nəğd pula alınıb. “Ferrari” markalı avtomobilin 350 min dollar qiyməti var. Doğrudur, həmin superkarın Qüdrət Şükürovun ailə üzvlərindən birinin ad günündə hədiyyə alındığı, diqqət çəkməmək üçün katibənin adına sənədləşdirildiyi də bildirilir. Lakin 350 min dolları nəğd şəkildə ödəmək də hər məmurun işi deyil.



Bəs görəsən, sürücüsünün adına 5 milyonluq mənzil, katibəsinin adına 350 mil dollarlıq avtomobil alan Q.Şükürov bununla gələcəkdə hər hansısa hadisə baş verərsə, o əmlaklarını bu yolla xilas edə bilərmi? Təkcə, Qüdrət Şükürov deyil, bu taktikadan istifadə edən hər hansısa şəxslər üçün də bu maraqlıdır.  Çünki bu hal yeganə fakt deyil. Əksər məmurlar bu və ya digər mülkü alarkən adətən onu başqasının adına rəsmiləşdirirlər. Hansısa məmurun cinayətləri təsdiqlənərsə, həmin obyektlərin müsadirə olunması hüquqi cəhətdən necə mümkün ola bilər? Yəni qanunvericiliklə bu necə tənzimlənə bilər ki, həmin məmur cəzalandırılsın? Yəni qurunun oduna yaş yanmasın.



“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov Yenicag.az-a açıqlamasında bu prosesin çətin olduğunu və ancaq məhkəmə qaydası ilə sübut olunduqda mümkünlüyünü qeyd etdi:



“Məmurun cinayəti təsdiqləndiyi halda onun başqasının adına rəsmiləşdirdiyi mülkünün müsadirə olunması olduqca çətindir. Bunun üçün ən azından proses məhkəmə qaydasında sübut olmalıdır.



Məhkəmə ilə müəyyən edilsə ki, həmin ev əslində adına rəsmiləşdirilən şəxsə deyil, həmin məmura məxsusdur, onda məsələni həll etmək olar. Belə olduğu halda, korrupsiya ilə əmlakın əldə olunması ilə bağlı Cinayət Məcəlləsi və Cinayət Prossesual Məcəllənin müddəalarına əsasən  məhkəmənin hökmü ilə əmlakın müsadirə edilməsi barədə hökmdə müddəa göstərilə bilər. Digər hallarda isə bu qeyri-mümkündür. Daşınmaz əmlak Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçir. Mülki Məcəllənin tələblərinə görə nə qədər ki, məhkəmə qaydasında mülkün həmin şəxsə məxsus olmaması təsdiq olunmayıbsa, o əmlak həmin şəxsin özünün olmasa da, elə onun əmlakı sayılmaqda davam edir. Çünki, Daşınmaz Əmlakın Dövlət Reyestru Xidmətində adına rəsmiləşdirilib”.



Yeri gəlmişkən, onu da qeyd edək ki, Vergilər Nazirliyinin hər il açıqladığı büdcəyə borclu təşkilatların siyahısında  “Bakılift-təmir”in də adı var. Aldığımız məlumata görə, “Bakılift-təmir”in rəsmən 8 milyon manat vergi borcu var.



Biz Qüdrət Şükürovun da mövqeyini dərc etməyə hazırıq. Lakin “Bakılift-təmir” İstehsalat Birliyinin telefonlarına baxan xanım hər dəfə “Qüdrət müəllim yerində yoxdur” deyərək, bu istəyimizi rədd edir. Ancaq yenə də anonim imzalarla özünü təriflətməkdən vaz keçib, mövqeyini işıqlandırmağımızı istəsə, biz onun mövqeyini məmnuniyyətlə, yayınlamağa hazırıq. /azerinfo.org


Teqlər:
Bu xəbər cəmi 1045 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR