Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

AMEA-nın magistraturasına ayrılan 20 plan yerindən 19-u tutulub

AMEA-nın magistraturasına ayrılan 20 plan yerindən 19-u tutulub
2015-2016-cı tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsinə ayrılan 7 ixtisas üzrə 20 plan yerindən 19-u tutulub. Bunu "Report"a açıqlamasında AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov deyib. O bildirib ki, qeydiyyat müddətində 19 nəfər sənədlərini AMEA-ya təqdim edib: "Biz də həmin sənədlər əsasında nəticələri rəsmi şəkildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim etmişik. Bəzi texniki səbəblərə görə geologiya sahəsi üzrə 1 yer boş qalmışdı. Həmin yerə də təkrar qəbul elan olunub". AMEA-nın idarə rəisi qeyd edib ki, akademiyada magistrantlar üçün dərslər sentyabrın 15-də başlayacaq. Ə.Sadıqov xatırladıb ki, AMEA-nın magistratura səviyyəsinə qəbulla bağlı TQDK-nın elan etdiyi müsabiqədə II turu uğurla keçən bakalavrlar ilk olaraq AMEA-da müsahibədən keçiblər. Müsahibədə 7 ixtisas üzrə ayrılan 20 yer uğrunda Azərbaycan və rus bölmələri üçün 300-dən çox bakalavr iştirak edib. 151 bakalavr isə AMEA-nı seçmək şansı qazanmışdı. Qeyd edək ki, magistraturaya qəbul aparılan ixtisaslara dilçilik, antropologiya, nəzəri və riyazi fizika, geologiya, kimyəvi genetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası daxildir.

Teqlər:
Bu xəbər cəmi 735 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR