Azərbaycanda halal restoranlar yaradıla bilər.
Ölkə.Az Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, artıq bununla əlaqədar olaraq Azərbaycanda halal sertifikatlaşdırma orqanlarına və halal sertifikatlaşdırma fəaliyyətlərinə olan tələblər müəyyənləşib.
Tələblərə görə, Halal sertifikasiya orqanı 2 heyətdən ibarət olmalı, onlardan biri texniki auditor və digəri isə İslami məsələlər üzrə ekspert kimi fəaliyyət göstərməlidir.
Bundan əlavə, komitə bildirib ki, texniki auditor müvafiq sənayedə minimum 5 il iş təcrübəsinə, o cümlədən son 2 ili keyfiyyət təminatı sahəsində iş təcrübəsinə malik olmalıdır.
“Əgər auditor müvafiq xüsusi təhsil alibsa, ümumi iş təcrübəsinin cəmindən 1 il azaldıla bilər”.
“Texniki ekspertlərə gəlincə, halal sertifikasiya orqanı təmin etməlidir ki, texniki ekspertlərin texniki sahələrində ən azı 4 il iş təcrübəsi olsun. Halal sertifikasiya orqanı İslami məsələlər üzrə ekspertlərin halal sertifikasiya sahəsi ilə bağlı ən azı 4 il iş təcrübəsinin olduğuna zəmanət verməlidir-deyə, komitə vurğulayıb”.
Komitə həmçinin halal sertifikatın üç il müddətinə etibarlı olduğunu da qeyd edib.
Onu da əlavə edək ki, komitə standardlara cavab verməyən müəssisələrin dayandırılmasını da istisna etmir.