Bu günlərdə bir çoxları torpaq alıb ev tikdirmək həvəsinə düşüblər. Amma müvafiq orqanlardan icazə almaq çətin olduğundan arzularını reallaşdırmaqdan əl çəkirlər. Əslində bəzi fərdi tikililərə icazə tələb olunmur. Ev tikmək üçün şərtləri təqdim edirik.
Milli.az "Xəzər Xəbər"ə istinadən bildirir ki, yaz və yay ayları tikinti sektorunda canlanma yaradıb. Amma ev tikmək istəyən vətəndaşların bir çoxu qanunu bilmədiklərindən bəzi işbazların qurbanına çevrilir və əlavə xərcə düşürlər. Lazım oldu olmadı kimdənsə icazə almağa, vaxt itirməyə və bunun üçün tikintini yubatmağa dəyməz. 2013-cü ilin yanvar ayının 1-dən qüvvəyə minən qanuna görə fərdi evlərin tikilişi 3 qayda əsasında aparılmalıdır.
Torpaq mülkiyətçisi olan şəxs, hündürlüyü ən çoxu 3 metr və sahəsi 100 kvadratmetr olan yardımçı tikililər üçün icazə almadan inşaata başlaya bilər. İkinci qayda "Məlumatlandırma icraatı"dır. Bu zaman şəxs, müvafiq icra hakimiyəti orqanına məlumat verməlidir.
Əvvəllər bu vaxt 3 ay idi. 2014-cü ilin iyun ayının 20-də Şəhərsalma və Tikinti Məcəlləsinə edilən dəyişikliklə müddət 15 günə kimi qısaldılıb. Hündürlüyü 12 metrdən artıq olan evlər üçün isə mütləq şəkildə icazə alınmalıdır. Dəyişikliyə əsasən əvvəllər icazə üçün 3 ay gözləyən insanlara indi 1 ay ərzində cavab verilir.
Fərdi ev tikdirmək istəyən hər bir şəxs torpağı mülkiyyətinə çevirməli və torpağın təyinatı üçün icazə almalıdır. Özünə fərdi ev tikdirmək istəyən şəxs, tikinti aparacağı torpaq sahəsinin çıxarışını, texniki pasportunu, öz şəxsiyyət vəsiqəsini, evin eskiz layihənin notariat qaydada təsdiq olunmuş sürətini hazırlayıb icra hakimiyyətinə təqdim etməlidir.