Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Zeynəb müəllimə yardımdan imtina etdi

Zeynəb müəllimə yardımdan imtina etdi
AzadlıqRadiosunda yayımlanan “Kənd müəllimi: Sinif otağı elə darısqaldı ki, paltarım alışdı”yazısı Facebook sosial şəbəkəsində geniş rezonans doğurub. “Qafqazinfo” xəbər verir ki, yazıda ölkənin ucqar kəndlərinin birində müəllimə işləyən Zeynəb Mahmudovanın çətinliklərindən söz açılır. O, müsahibəsində müalicəsi üçün azı 2 min manata ehtiyacı olduğunu demişdi. Facebook istifadəçilərindən Cahangir Yusif və Azər Hüseyn sosial şəbəkədə Zeynəb Mahmudovaya kömək etmək üçün ictimai kampaniyaya başlayıblar. Onların təşəbbüsünə dəstək verən ictimai fəal Bəxtiyar Hacıyev də yazıb: “Bəlkə də, bir müəlliməyə kömək etməklə, ucqar rayonlarda, kəndlərdə dərs deyən gənc müəllimlərin problemləri həll olunmayacaq. Amma bir insana yardım etməklə, cəmiyyət müəllimə dəyər verdiyini göstərəcək və bəlkə yenidən "cüzi maaş alan müəllim xəstələndikdə, onun xərclərini kim ödəməlidir" sualı ətrafında yenidən ictimai müzakirə başlayacaq”. Cahangir Yusif isə yazıb ki, müəlliməyə bu cəmiyyətdə tək olmadığını göstərmək üçün onun müalicə xərclərinə kömək etmək lazımdır: “Ucqar kəndlərdə uşaqlara cüzi əmək haqqı ilə dərs deyən, onlara işıq aparan müəllimə heç səhhətini qorumaq və müalicə almaq üçün belə pul toplaya bilmir. Ona dəstək olmaq, tək olmadığını, onun kimi bizim də kəndlərdə yaşayan balalarımızı düşündüyümüzü bilsin”. Bu təşəbbüsə səs verənlər olub və az bir vaxtda müəyyən qədər vəsait toplanıb, ancaq Zeynəb Mahmudova bu yardımı qəbul etməyəcəyini bildirib. AzadlıqRadiousuna açıqlamasında o, fəalların münasibətindən mütəəssir olduğunu, özünün də illik maaşının müəyyən məbləği miqdarında ehtiyacı olanlara yardım göstərdiyini dedi. Ancaq onu da əlavə elədi ki, müalicəsi dövlətin imkanlarını aşsaydı, bəlkə də başqalarından yardım istəyərdi: “Yalnız hansısa həkim müalicəmi qismən ucuz ödənişlə öhdəsinə götürərdisə, buna razı olardım. Ancaq mənim müalicə olunmaq hüququm var”. Azər Hüseyn iyulun 9-da öz Facebook səhifəsində Zeynəb Mahmudovanın yardımdan imtinasını belə açıqlayıb: “Zeynəb müəlliməni tapdıq, danışdıq. Müalicəsi üçün toplamaqda olduğumuz maddi yardımı qəbul etməyəcəyini, bu yardımı bizlərin yox, dövlətin etməli olduğunu bildirdi. “Dövləti gözləməklə vaxt itiririk, canınızdan gedir” dedim, dinləmədi. Yazısından önəmli bir parçanı paylaşıram; "Çünki mən müəlliməyəm. Və tarixən də əsl müəllim olanların özləri xalqa xeyriyyəçilik ediblər, amma nə qədər də çətinə düşsələr, özləri ianə qəbul etməyiblər." Azər Hüseyn deyib ki, müalicə üçün toplanan vəsait sahiblərinə qaytarılacaq. Təhsil Nazirliyi də artıq Zeynəb Mahmudova ilə bağlı məsələdən xəbərdardır. Mətbuat xidmətindən dedilər ki, yaxın vaxtlarda bununla əlaqədar açıqlama verəcəklər.

Teqlər:
Bu xəbər cəmi 1940 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR