Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Gecikdirilən kreditlərə ağlasığmaz cərimələr hesablanır”

“Gecikdirilən kreditlərə ağlasığmaz cərimələr hesablanır”


Xəbər verdiyimiz kimi, dünən Bərdədə Elşad Vaqif oğlu Dadaşov adlı şəxs intihar edib. Buna səbəb isə banklara olan kredit borcu göstərilir. 



 



"Qafqazinfo" xəbər verir ki, iqtisadçı Samir Əliyev hadisə ilə bağlı fikirlərini sosial şəbəkədə bölüşüb:



"Bərdə rayonunda kredit borcuna görə baş vermiş intihar hadisəsi təkcə bir gəncin faciəsi deyil, həm də cəmiyyətin mövcud durumu üçün ciddi siqnaldır. Bu, ilk belə hal deyil və təəssüf ki, sonuncu da olmayacaq. İntihara gətirib çıxaran çox amilləri sadalamaq olar: kredit faizlərinin yüksək olması, müştərinin aldadılması, onun həbslə qorxudulması və s. Hətta müştərinin məsuliyyətsizliyinin nəticəsi kimi də qiymətləndirmək olar. Ancaq motiv aydındır - kredit borcunu qaytarmaq mümkünsüz olub və çıxış yolunu intiharda görüb. İntihar edəni qınayanlar da olacaq, onun halına acıyanlar da. Bu hadisədə konkret bankı qatil qismində görənlər də az olmayacaq. Təəssüf ki, insanlar istehlak kreditini rifahını yaxşılaşdırmaq üçün deyil, hansısa problemi təcili həll etmək üçün götürürlər. Araşdırsaq məlum olar ki, həmin kredit ya müalicə, ya işə qəbul, ya da kimisə polisdən xilas etmək üçün alınıb. Əminəm ki, həmin pul heç də maşın və ya soyuducu almaq üçün götürülülməyib. Əlimyandıda götürülmüş kreditin nə faizinə diqqət yetirilir, nə də şərtlərinə. Hər ikisi ödəniş zamanı yada düşür. Onda da fakt qarşısında qalırlar.



Bank sektoru hazırda insanların ən çox şikayət etdiyi sahəyə çevrilib. Banklar kredit şərtlərinin istədikləri kimi müəyyənləşdirirlər. Müqavilələrdə daha çox öz hüquqlarını qabardırlar. Müştərilərinsə öhdəliklərinə geniş yer ayırırlar. Gecikdirilən kreditlərə ağlasığmaz cərimələr hesablanır. Məsələ məhkəməyə çatanda da haqsız çıxan vətəndaş olur. Bir tərəfdən də kollektorlar əhalinin baş ağrısına çevrilir. Elə bir ailə, elə bir şəxs yoxdur ki, maliyyə sektorunun xidmətlərinə müraciət etməsin. Kimisi gəlirinin bir hissəsini banklara əmanət edir, kimisi bankdan borc götürür, üçüncülər isə maşınını və evini sığortalayır.



Belə misalların sayını artırmaq da olar. Reallıq odur ki, müştərilərin hüquqları addımbaşı pozulur. Milyonlarla əmanətçinin və kredit müştərisinin taleyi havadan asılı vəziyyətdə qalıb. Əhalinin maliyyə savadsızlığından istifadə edilərək onlar aldadılır. Bu halda vətəndaş kimə müraciət edəcəyini, hüquqlarının hansı qurum tərəfindən qorunacağını bilmir. Düzdür Mərkəzi Bankın göstərişi ilə bankların nəzdində istehlakçıların şikayətini araşdıran şöbələr yaradılmağa başlayıb. Ancaq şikayətlərə araşdıran müstəqil qurumun olmasına ehtiyac var.



Hökumət bu barədə ciddi düşünməlidir. Getdikcə kredit qurbanları arta bilər. Bunun qarşısı alınmalıdır. Bunun üçün hökumət yaxın dövrlərdə təcili olaraq aşağıdakı addımları atmalıdır.



1. Maliyyə ombudsmanın yaradılmalı. (Ətraflı bu linkdə - https://www.facebook.com/samir.aliyev/posts/10203147143013456 )



Bu gün ölkədə maliyyə xidmətlərdən istifadə edən müştərilərin hüquqlarını qoruyan hansısa mexanizm və müstəqil institut yoxdur. Belə halların qarşısının alınması üçün bir çox ölkədərdə olduğu kimi Azərbaycanda da maliyyə ombudsmanının (müvəkkilinin) yaradılmasına ehtiyac var. Ombudsman institutunun yaradılmasında məqsəd ortaya çıxmış problemləri məhkəmədənkənar həll etməkdir. Ən əsası bu institut müştərilərə pulsuz xidmət göstərir. Ombudsman yaranmış mübahisələri ilkin mərhələdə həll edə bilir. Vətəndaşların maliyyə hüquqlarını müdafiə edən ilk maliyyə müvəkkili 1992-ci ildə Almaniyada yaradılıb. Hazırda bir çox ölkələrdə - Fransa, Böyük Britaniya, Danimarka, İsveç, İrlandiya, Pakistan, CAR və başqa ölkələrdə fəaliyyət göstərir. MDB ölkələrində bu institut geniş yayılmayıb. Belə institut Rusiya və Ermənistanda fəaliyyət göstərir. Ukraynada siyasi böhran nəticəsində hələki təşəbbüs səviyyəsində qalıb. Qazaxıstanda 2011-ci ildə bank ombudsmanı institutu yaradılıb. Gürcüstanda isə sığorta ombudsmanı institutu yaradılması planlaşdırılır.



2. “İstehlak kreditləri haqqında” Qanun qəbul edilməli. (Ətraflı bu linkdə - http://www.mediaforum.az/…/EKSPERT-%C4%B0STEHLAK-KRED%C4%B0…)



Azərbaycanda isə mövcud bank qanunvericiliyi kredit təşkilatlarının fəaliyyətini tənzimləyir və daha çox onların hüquqlarını qoruyur. Müştərilərin hüquqları isə qanunlardan kənarda qalıb. Bu hüquqları qoruyan yeganə hüquqi akt, yəni ”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun tələbləri bank müştərilərinə şamil edilmir.



İnkişaf etmiş ölkələrdə istehlak krediti məsələləri ayrıca qanunvericiliklə tənzimlənir. ABŞ-da bu həm federal, həm də ştatlar səviyyəsində baş verir. Avropa Birliyinə üzv ölkələr üçün milli qanunvericilikdə və istehlak krediti sahəsində direktiv qüvvədədir. Böyük Britaniyada istehlak kreditləri 1974-cü ildən tənzimlənir. MDB ölkələrində də istehlak kreditləri haqqında qanunlar var. Rusiya, Ukrayna və Özbəkistanda istehlak kreditləri ayrıca qanunla tənzimlənir.



Bu təklifləri uzun illərdir səsləndiririk. Görünür yenə davam etməliyik. Təbii ki, ən vacibi kredit faizlərinin və şərtlərinin yüngülləşdirilməsidir. Ancaq kredit faizlərinin və şərtlərinin yüngülləşdirilməsi təkcə bank sektorundan asılı deyil. Ölkənin makroiqtisadi sabitliyindən tutmuş sahibkarlıq mühitindəki rəqabət səviyyəsi kredit faizlərinə təsir edir. Banklar da öz növbəsində ucuz maliyyə resursu cəlb etməklə, xərclərini optimallaşdırmaqla xərclərin azaldılması üzərində düşünməlidir. Bankların sayının azaldılması bu istiqamətdə töhfə verə bilər. Dollar kreditlərində azalma müşahidə edilir. Uyğun enişin manat kreditlərində də baş verməsi lazımdır.


Teqlər:
Bu xəbər cəmi 960 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR