Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

DYP generalın oğluna görə yol polisinin işdən qovulduğunu- Təsdiqlədi

DYP generalın oğluna görə yol polisinin işdən qovulduğunu- Təsdiqlədi


Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu gün bəzi kütləvi informasiya vasitələrində “General oğluna görə yol polisini işdən çıxardılar” başlıqlı yazı ilə bağlı açıqlama verib. 



 



Qafqazinfo”nun məlumatına görə, DYP-nin şöbə rəisi, polkovnik Vaqif Əsədov avtosfer.az-a bildirib ki, istənilən yol polisi əməkdaşı təhkim edildiyi ərazidə xidmət apararkən vətəndaş-polis münasibətlərinə diqqətlə yanaşmalı, fəaliyyəti ilə bağlı yüksək nizam-intizam göstərməlidir: 



“Əlbəttə, bütün bunlara rəhbərlik tərəfindən müxtəlif texniki nəzarət edilir və həmin əməkdaşların fəaliyyətinə qiymət verilir. Yolda xidmət aparan yol polisi əməkdaşı işində nöqsana yol verirsə onunla bağlı dərhal şikayət daxil olur və araşdırma aparıb tədbir görürük. Ona görə ki, yol polisi əməkdaşı kimliyindən asılı olmayaraq qayda pozan hər bir vətəndaşa qarşı gördüyü tədbir qanuna əsaslanmalıdır”.



O ki qaldı yol polisi əməkdaşı Cavanşir Lətif oğlu Qasımovun işdən çıxarılmasına, Vaqif Əsədov bildirib ki, həqiqətən də belə bir əməkdaş işdən azad olunub: 



“Lakin onun işdən azad olunması son aylar həmin əməkdaşla bağlı daxil olmuş materiallarla bağlıdır. Həmin materiallar və inspektorun yaş həddi nəzərə alınaraq onun təqaüdə göndərilməsi barədə qərar verilib”.



Dünən axşam saatlarında kobud qayda pozan sürücü ilə yol polisi arasında dava düşüb. 



Qeyd edək ki, aznews.az saytı yol polisi əməkdaşı Cavanşir Qasımovun işdən çıxarılmasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi, müdafiə nazirinin müavini, general-polkovnik Nəcməddin Sadıqovun oğlunu saxlaması və yolda təhqir etməsi ilə əlaqədar olduğu barədə xəbər yayıb. 



Bildirilir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Cavanşir Lətif oğlu Qasımov avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayaraq, ondan sənədləri tələb edib. Bu zaman o, sənəd əvəzinə ağır söyüşlər “alıb”. Bundan əsəbiləşən polis əməkdaşı daha ağır ifadələrlə sürücünü təhqir edib və tərəflər arasında dava düşüb. Yalnız ətrafdakıların müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub. Sonda sürücü sənədlərini təqdim etmədən ərazini tərk edib. Yol polisi səhər işə gəldikdə sürprizlə qarılaşıb. Məlum olub ki, axşamkı hadisəyə görə onu işdən azad ediblər. 



O da məlum olub ki, saxladığı sürücü general-polkovnik, Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıqovun oğludur.


Teqlər:
Bu xəbər cəmi 920 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR