Daxili İşlər Nazirliyi (DİN) Şamaxı rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Mübariz Fətəliyevin işdən çıxarılması barədə bir sıra kütləvi informasiya vasitələrində yayılmış məlumatlara aydınlıq gətirib.DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov Trend-ə bildirib ki, YPB-nin rəisi M.Fətəliyev tabelikdəki əməkdaşlar üzərində nəzarəti zəiflətdiyinə, əsassız olaraq nəqliyyat vasitələrinin saxlanılması barədə göstəriş verdiyinə, bununla da onların və sərnişinlərin haqlı narazılıqlarına səbəb olduğuna, vətəndaşların qanunla qorunan hüquq və azadlıqlarının təmin olunmasına laqeydlik göstərdiyinə, xidməti vəzifələrinin icrasına səhlənkar yanaşdığına və bu barədə dəfələrlə edilmiş xəbərdarlıqdan nəticə çıxarmadığına, habelə DİO əməkdaşlarının Etik Davranış Kodeksinin, İntizam Nizamnaməsinin və müvafiq Təlimatın ayrı-ayrı maddələrini pozduğuna görə daxili işlər naziri Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.M.Fətəliyev bundan sonra xidmətini digər sahədə davam etdirəcək.