Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qarpız yeyərkən ehtiyatlı olun- Xəbərdarlıq

Qarpız yeyərkən ehtiyatlı olun- Xəbərdarlıq


"İndiyə qədər aparılan yoxlamalar belə deməyə əsas verir ki, insanlar iyunun əvvəlindən iyulun 20-dək olan müddətdə qarpızdan istifadə edərkən bir qədər ehtiyatlı olmalıdırlar". 



 



"Qafqazinfo" xəbər verir ki, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov deyib.



Yaqub İbrahimov bildirib ki, 1 kq-lıq qarpızın tərkibində nitratın miqdarı 60 milliqramdan, yemişdə isə 90 milliqramdan artıq olduqda zəhərlənmə riski artır: "Amma bu göstərici müvafıq olaraq 60 və 90 milliqramdan aşağıdırsa, zəhərlənmə qorxusu yoxdur".



Nazirlik rəsmisinin sözlərinə görə, indiyədək bəzi bazarlarda satışa çıxarılan qarpızlarda nitratın miqdarının artıq olması aşkarlanıb və həmin məhsullar satışdan çıxarılıb: “Bu da onunla əlaqədardır ki, qarpızlar tez dəyməsi üçün istixanalarda yetişdirilir, sonra açıq sahədə əkirlər. Qarpızların tez yetişməsi və çoxlu qazanc əldə etmək üçün təbii ki, oraya müxtəlif gübrələr verilir. Aqrotexniki qaydalara düzgün riayət olunmayanda, verilən gübrələrin hektara düşən normasının miqdarı artıq olduqda doymuş məhlul alınır və o, qarpız, yemiş tərəfindən sovrulur. Nəticədə məhsulda nitratın miqdarı artıq olur”.



Yaqub İbrahimov qeyd edib ki, artıq qarpızların tərkibində nitratın miqdarının, yəni qorxu riskinin azalması müşahidə olunur. Amma o, qarpız-yemişlərlə bağlı qorxu riskinin həmişə olduğunu söyləyib.



Laboratoriya rəhbəri əlavə edib ki, bu məhsullardan zəhərlənmənin baş verməməsi üçün daha həssas olan qrupların - hamilə qadınların, körpə uşaqların, yaşlı, xəstə insanların qarpızdan az istifadə etməsi daha məqsəduyğundur: "Digər tərəfdən, axşam vaxtı xəstə adamların qarpız yeməsi məsləhət görülmür. Çünki bu meyvə qan təzyiqinin artmasına səbəb ola bilər. Qarpızı soyutmaq üçün onu kəsərək soyuducuda saatlarla saxlamaq da neqativ haldır və belə qarpızları yemək ziyanlıdır".



Yol kənarlarında satılan qarpız-yemişlərə gəldikdə, Y.İbrahimov deyib ki, yol kənarlarındakı maşınlarda satılan qarpız və yemişlərin tərkibini yoxlamadıqlarından onların tərkibinin yaxşı, yaxud pis olması barədə fikir söyləyə bilməz: “Yol kənarlarında qarpız və yemişlərin kütləvi satışı həmişə olub və olacaq. Çünki onlara nəzarət etmək imkanı məhduddur”.



O, digər mövsümi meyvələrin tərkibi ilə problemin olmadığını da söyləyib: "Digər meyvələr təmizdir. İndi tərəvəzlərin - pomidor, çuğundur, badımcan, kələmin tərkibi yaxşıdır".


Teqlər:
Bu xəbər cəmi 890 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR