ANS telekanalının vitse-prezidenti, tanınmış telejurnalist Mirşahin Ağayev növbəti dəfə ata olacaq.
Publika.az xəbəri dəqiqləşdirmək üçün jurnalistin özünə müraciət edib.
Bunu normal qarşılayan 52 yaşlı vitse-prezidentin cavabı özünəməxsus olub:
“Mirşahin ana olsaydı, hamı üçün maraqlı olardı, kişi ata olar da... Burda nə var ki?”
Qeyd edək ki, onun 4-cü övladının oğlan olacağı bildirilir. Məşhur telejurnalist hazırda 3 övlad - iki oğlan və bir qız atasıdır. İlk evliliyindən Mirtəyyar və Mirçingiz adlı iki oğlu, ikinci evliliyindən isə Aysan adlı qızı var. Telejurnalistin ikinci xanımı tanınmış aparıcı Səbinə Heydərovadır.