Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Rayon maşınlarına heç bir məhdudiyyət qoyulmasın”

“Rayon maşınlarına heç bir məhdudiyyət qoyulmasın”


Bakıda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı baş nazirin müavini Abid Şərifovun sədri olduğu Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının üzərində işlədiyi Tədbirlər Planı ilə bağlı dövlət qurumları tərəfindən irəli sürülən əsas təkliflər məlum olub. 



 



"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki,Nəqliyyat Nazirliyi rayonlardan gələn bütün növ avtomobillərin Bakıya saat 24:00-dan səhər saat 7:00-a qədər buraxılması və bu müddət ərzində şəhərdə hərəkətinə icazə verilməsi, rayonlardan gələn ictimai nəqliyyatın şəhərə daxil olması ilə bağlı isə heç bir məhdudiyyətin qoyulmamasını təklif edib.



Bu təklif Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasında məqbul sayılır. Bakıya buraxılan rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan gecə saat 24:00-a qədər paytaxt ərazisində hərəkətinə icazə verilib-verilməməsi məsələsi isə hələ ki, açıq qalır, Nəqliyyat Nazirliyinin bununla bağlı təklifi yoxdur. 



A. Şərifovun sədrliyi ilə Komissiyanın dünən keçirilən iclasında da gecə saatlarında Bakıya buraxılan rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan gecə saat 24:00-a qədər şəhərdə hərəkətinə icazə verilib-verilməməsi ətrafında yekun rəyə gəlmək mümkün olmayıb.



“Azəryolsevis” ASC Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına Bakıya yük avtomobillərinin yalnız gecə saat 24:00-dan 7:00-a qədər buraxılmasını təklif edib. Eyni zamanda saat 24:00-dan  7:00-a qədər Bakıya daxil olmuş yük maşınlarının saat 7:00-dan sonra şəhərdə hərəkətinə icazə verilməməsi də təklifdə əksini tapıb. Nəqliyyat Nazirliyi isə əlavə olaraq yük avtomobillərinin həm gündüz, həm də gecə saatlarında şəhərin mərkəzi küçələrinə daxil olmasının qadağan edilməsini təklif edib. Hər iki təklifə müsbət yanaşılır. 



Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Komissiyaya təqdim etdiyi təklif isə Bakıda qeydiyyatda olan avtomobillərlə bağlı olub. Təklif edilib ki, həftənin tək günlərində dövlət qeydiyyat nömrəsi cüt rəqəmlə bitən avtomobillərin, həftənin cüt günlərində isə dövlət qeydiyyat nömrəsi tək rəqəmlə bitən avtomobillərin Bakıda hərəkətinə icazə verilsin. Bu təkliflə bağlı da Komissiyanın dünənki iclasında yekun rəyə gəlmək mümkün olmayıb.



Qeyd edək ki, Bakı 2015 I Avropa Oyunlarında iştirak edən idmançıların, eləcə də tədbirə gəlmiş xarici qonaqların hələ də paytaxtda olmaları ilə əlaqədar Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin müraciətinə əsasən, Oyunlar ərəfəsində yol hərəkətinə tətbiq edilmiş müəyyən məhdudiyyətlərin vaxtı 10 gün müddətinə uzadılıb. Oyunlar zamanı paytaxtda nəqliyyatın hərəkətinin təşkilindən, eləcə də nəqliyyat sıxlığının aradan qaldırılması nəticəsində yollardakı rahat və fasiləsiz hərəkətdən, habelə bunların şəhərin ekoloji durumuna da müsbət təsirindən məmnun qalan şəhər sakinlərinin çoxsaylı müraciəti əsasında Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən paytaxtda nəqliyyat problemlərinin həlli üzrə müvafiq Tədbirlər Planının hazırlanması üçün Komissiya üzvlərinin iştirakı ilə iclaslar keçirilir, müzakirələr aparılır. İyulun 10-a qədər Tədbirlər Planı qəbul edilməlidir. 


Teqlər:
Bu xəbər cəmi 1075 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR