Rominqdə pulsuz zənglər, pulsuz SMS-lər, demək olar havayı internet… İnandırıcı görünməsə də, artıq Azercell sayəsində xaricə gedən insanlara ən lazımlı, amma həm də, hamının çəkindiyi bu xidmət indi hər kəs üçün əlçatan olub.
İndiyədək rominq çox bahalı, əlçatmaz, yalnız zənginlərin işlədə bildiyi bir xidmət kimi qəbul olunurdu. Əksəriyyət artq xərcə düşməmək üçün xaricə gedərkən rominqi bağlayır, həmin ölkənin yerli operatorlarının nömrəsini alıb işlədirdi. Amma etiraf etmək lazımdır ki, heç bu üsul da ucuz başa gəlmirdi. Nömrənin özünə, sonra da əlavə olaraq danışıq vaxtı yüklənməsinə kifayət qədər xərc çəkilirdi.
Halbuki, indi rouminqdə olarkən bundan qat-qat ucuz qiymətə öz nömrənlə hər kəslə ünsiyyət saxlamaq, daim “online” olmaq mümkündür. Azercell yay öncəsi bu sahədə yeni kampaniyaları ilə öz abunəçilərini sevindirdi. Rominqdəki yeniliklərlə bağlı Azercell-in Yeni Texnologiyalar, Partnyorluq və Layihələrin idarəedilməsi şöbəsinin rəhbəri Cəmaləddin Həsənov bizə məlumat verir.
- Əvvəla ondan başlayaq ki, rominq adətən baha olsa da, ona tələbat həmişə var. Niyə belədir?
-Beş il əvvəldən fərqli olaraq, indi vəziyyət çox dəyişib. Əgər onda insanlar gündə 1-2 dəfə telefonu ələ götürürdülərsə, indi bu cihaz daim yanımızdadır. Telefondan yalnız zənglər üçün istifadə olunmur, o, bizim əsas köməkçimizə çevrilib.
Həyat o qədər dinamikdir ki, hər an bizə önəmli zənglər edilə bilər. Kimsə işə görə axtarır, kimisə şəxsi məsələyə görə. Ona görə də nömrənin daim açıq qalması, bizim xətdə olmağımız çox vacibdir. Özü də abunəçinin mütləq iş adamı, yaxud siyasətçi olması vacib deyil. Gündəlik həyatımız belə tələb edir ki, statusundan asılı olmadan, hər kəs üçün nömrəsinin açıq saxlasın. Səyahət etdiyimiz zaman isə ziyarət edilən ölkənin yerli operatorundan alınan nömrələr heç də ucuz olmur və əsas problem kimi tanışlarımızın o nömrənin bilməməsi olaraq qalır.
Buna görə də insanlar rominq hüquqlarından istifadə edə bilməlidirlər. TeliaSonera şirkətlər qrupu biznesin aparılması üzrə yeni etika və davranış məcəlləsi təqdim edib. Bu, özündə şirkətin gündəlik iş prinsipləri əks etdirən “Dare, Care and Simplify” (Cürət et, Qayğısına qal və Asanlaşdır) kimi dəyərləri ehtiva edir. Azercell şirkəti də TeliaSonera tərəfindən bəyan edilən bu dəyərlərə uyğun olaraq özünün yeni rominq siyasətini tətbiq edir. Biz abunəçilərimizə sübut etmək istəyirik ki, rominq qorxulu deyil, əksinə faydalıdır.
-TeliaSonera şirkətinin səsləndirdiyiniz dəyərləri və rominqdə yeni qiymətlər – bunların əlaqəsi nədir?
-İş orasındadır ki, bizim rominqdə yeni qiymətlərimiz məhz həmin dəyərləri ehtiva edir. Əvvəla, biz rominqdə olan abunəçilərimizə Azercell müştəri xidmətlərinə pulsuz zəng xidməti hədiyyə edirik. Belə ki, indi xaricə gedəndə, lap rominqdə heç nə xərcləməsəniz belə, hər hansı sualla Azercell telefon mərkəzi ilə 5 dəqiqə ərzində pulsuz danışmaq olar. Bu, hər kəsə imkan verir ki, rominqdə olduğu vaxt hansısa məlumatı dəqiqləşdirsin, hansısa problemi həll edə bilsin. Bu xidmətdən bütün Azercell abunəçiləri istifadə edə bilər.
-Adətən rominqə fakturalı xətt abunəçilərinin imkanı çatan bir xidmət kimi baxırdılar. Bəs SimSimabunəçilərini sevindirən yenilikləriniz varmı?
-Əlbəttə, yeni kampaniya çərçivəsində məhz fakturasız xətt, yəni SimSim abunəçiləri üçün gözəl təkliflərimiz var. Belə ki, xaricdə olan SimSim abunəçilərinin 10 pulsuz SMS göndərmək imkanı var. Axı, çox vaxt rominqdə olarkən əsasən SMS vasitəsilə əlaqə saxlayırıq. Yaxınlarımıza təyinat yerinə çatmağımız, yerləşməyimiz haqqında mesaj yazırıq. Ona görə də düşündük ki, 10 SMS hədiyyə etsək, hər kəsin işinə yaramış olarıq.
Amma SimSim abunəçiləri üçün daha cəlbedici təklif də var. Bu da Avropaya gedən Azercellilər-lə bağlıdır. Belə ki, Avropanın 21 ölkəsinə səfər edən abunəçilərimiz çox sərfəli qiymətlə nə az, nə çox – 15 dəqiqə danışa bilərlər. Bu paketin qiyməti cəmi 10 manatdır. Paket həm də ona görə cəlbedicidir ki, bu dəqiqələr hesabına həm zəng qəbul edə, həm də özün istənilən ölkənin operatoruna zəng edə bilərsən.
Onu da deyim ki, bu xidmət bir aydan artıqdır ki, tətbiq olunur və Avropaya gedənlərin sayının artdığını nəzərə alsaq, xidmətin çox böyük populyarlıq qazandığını deyə bilərik.
-Deməli, artıq xaricdə ikən SMS, ya da zənglər üçün narahat olmağına dəyməz. Amma, ən çox istifadə olunan və daha çox lazımlı xidmətlərdən biri də mobil internetdir. İnternetlə bağlı rominqdə hansı yeniliyə sevinə bilərik?
-Fəxrlə qeyd etmək istəyirəm ki, biz bu haqda da düşünmüşük .Sirr deyil ki, günümüzdə internetsiz ötüşmək demək olar mümkün deyil. O da bəllidir ki, rominqdə data qiymətləri kifayət qədər bahadır. Çünki hər bir operatorun öz tarifi var və bundan asılı olaraq xarici ölkədəki operatorlardan istifadə qiymətləri fərqli olur. Biz yay aylarında abunəçilərimizin daha çox Türkiyəyə səfər etdiklərini, məhz bu ölkədə rominqdən çox istifadə olunduğunu nəzərə alaraq, həmin ölkədəki operatorların xidmətindən istifadə üçün vahid qiymət tətbiq etdik. Bu xidmət fakturalı xətt abunəçiləri üçün nəzərdə tutulub. Artıq Türkiyədə olan fakturalı xətt abunəçiləri 1 MB üçün 55 qəpik ödəyir. Bu, rominq tarifləri ilə müqayisədə çox sərfəli qiymətdir və qonşu dövlətə gedənlər artıq böyük həvəslə bu xidmətdən yararlanırlar.
Lakin biz Türkiyədə olan SimSim abunəçiləri də unutmamışıq. Onlar üçün bu günlərdə yeni paket istifadəyə verilib. Abunəçilər 100 MB trafiki cəmi 10 manata əldə edə bilərlər. Bu həcmdə internet müasir dövrdə lazım olan sosial şəbəkələrdən istifadəyə, istirahətdən şəkilləri yerləşdirməyə, yazışmağa və s. kimi zəruri işləri görməyə tamamilə bəs edir. Bununla belə, biz bu xidmətdən istifadəyə məhdudiyyət qoymadıq. Yəni, həcm bitərsə, balansında kifayət qədər vəsaiti olan abunəçi yenidən həmin paketdən sifariş edə bilər,
-Yeri gəlmişkən, adətən rominqdə internetin baha olması və abunəçiyə külli miqdarda borcun yazılması ilə bağlı şikayətlər eşidilir. Bu yeni kampaniyalar elə halların qarşısının alınmasına yardım ola biləcəkmi?
-Düzdür, bəzən abunəçilər bildirirlər ki, rominqdə internetin baha olmasından xəbərsiz olduqlarına görə ondan istifadə edirlər və böyük bir məbləğ borca yazılır. Əslində, bu, abunəçiyə qarşı haqsızlıqdır. Azercell bu cür təsadüfi qazancların marağında deyil. Anlayırıq ki, əgər abunəçi rominqdə ikən belə baha qiymətlə internetdən istifadə edirsə, deməli onun bu sistemdən xəbəri yoxdur.
Biz bu faktoru nəzərə alaraq, rominqdə internetə “əvvəldən ödəmə” şərtini gətirməklə onu asanlaşdırdıq. Çünki belə olduğu halda paket bitəndən sonda artıq heç kimə zəng etmək mümkün olmur. İnternet paketi tükənməzdən öncə isə abunəçiyə xəbərdarlıq mesajı gəlir. Yəni, heç bir qorxu, narahatlıq olmadan, gözün telefonda qalmadan, rahatlıqla səfərin dadını çıxara bilirsən.
- İndi yay tətilinin aktiv dövrüdür. Rominq üçün yeni xidmətlərdən istifadə nə səviyyədədir? Abunəçilərin rəyləri necədir?
-Artıq bütün xidmətlərdən istifadə olunur və Azercell olaraq biz buna çox sevinirik. Demək ki, abunəçilərimiz onlara çatdırmaq istədiyimiz mesajları qəbul ediblər.
Bizim üçün ən gözəl təşəkkür isə - abunəçinin eyni xidmətdən təkrarən istifadəsidir ki, artıq bu da baş verir. Rominqdəki abunəçilərimiz eyni paketdən bir neçə dəfə alırlar. Demək, müştəri xidmətdən razıdır ki, yenidən ona müraciət edir.
Beləliklə, biz TeliaSonera sloqanına uyğun olaraq “cürət edib” müştəri xidmətlərinə zəngləri pulsuz etdik ki, abunəçilər heç nədən narahat olmadan səfərə çıxa bilsinlər və əmin olsunlar ki, onlara hər zaman hər yerdə yardım edəcəyik. Sonra isə müştərilərin “qayğısına qalıb” onlara 10 pulsuz SMS verdik ki, heç vəsaiti olmayan insan belə rominqdən faydalana bilsin. Üçüncüsü, rominqi sadələşdirdik, zənglər üçün qəliz hesablamanı asanlaşdırdıq, Türkiyə və Avropa üçün vahid qiymət təklif etdik.
Sonda tövsiyyə edərdim ki, hər bir kəs səfərə getməzdən öncə ya Azercell-in telefon mərkəzi, Müştəri Xidmətləri mərkəzləri və ya Ekspres ofislərinə baş çəkib rominq şərtləri ilə tanış olsunlar ki, təsadüfi xərclərə düşməsinlər.