Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Özəlləşdirilən Zaqatalada 30 milyon manatın qaranlıq taleyi

Özəlləşdirilən Zaqatalada 30 milyon manatın qaranlıq taleyi


Mübariz Əhmədzadə Zaqatala rayonunu şəxsi obyekti kimi idarə edir



Heç kimə sirr deyil ki, bir sıra rayonlarda icra başçıları rayonun bütün gəlirli sahələrini əllərində cəmləyir və faktiki olaraq rayonları özlərinin şəxsi obyektlərinə çevirirlər. Xüsusilə yerli icra başçıları rəhbərlik etdikləri rayonun bütün resurslarını öz qohumlarının ixtiyarına verir və bu zaman istismar və sosial ədalətsizlik baş alıb gedir. Belə rayonlardan biri də iğra başçısı yerli olan Zaqatala rayonudur. 



Zaqatala rayon sakinlərindən AzMedia.info-ya daxil olan məlumata görə, icra başçısı Mübariz Əhmədzadə Zaqatala rayonunu özünün şəxsi obyekti kimi idarə edir və rayonun bütün gəlirli sahəlrini öz qohumlarının və yaxın adamlarının istifadəsinə verib. Belə ki, Meliorasiya və Su Təsərrüftaı ASC sədri Əhməd Əhmədzadənin qardaşı olan Mübariz Əhmədzadə turizm üçün əlverişli olan bütün torpaq sahələrini və öz qohumları və özünə yaxın olan şəxslər arsında bölüşdürüb.



Qeyd edək ki, Zaqatala rayonu ölkənin turzim rayonlarından biridir və rayon sakinlərinin də turizmdən müəyyən gəlirlər əldə etmələri normal qəbul olunmalıdır. Lakin rayon sakinləri şikayətlənirlər ki, Mübariz Əhmədzadəninin yürütdüyü inhisarçı siyasət nəticəsində başçının qohumlarından və onlara yaxın olan şəxslərdən başqa heç kim turizmin imkanlarından yararlana bilmir. Bu isə, rayonda təbii olaraq sosial ədalətsizlik yaradır. Rayon sakinlərinin bildirdiyinə görə vəziyyət o yerə gəlib çatıb ki, Mübariz Əhmədzadənin adamlarının ödənişli icazəsi olmadan turizm obyektlərində heç kim fəaliyyət göstərə bilmir. Bu isə, rayonda həm məşğulluğa ciddi problem yaradır, həm də rayonda sosial narazılığın meydana çıxmasına səbəb olur. 



Daxil olan şikayətdə bildirilir ki, rayondakı bütün səfalı yerlərində fəaliyyət göstərən istirahət obyektləri, restoranlar, marketlər, ya icra başçısının özünə, ya da, qohumlarına məxsusdur. Həmçinin o da, qeyd olunur ki, son illər ölkə prezidenti tərəfindən Zaqatala rayonun sosial-iqtisadi inkşafı üçün ayrılan milyonlarla manat vəsaitlərin xərclənməsində də qaranlıq məqamlar var. Rayon icra başçısı Mübariz Əhmədzadə abadlıq, tikinti işlərini öz yaxın adamlarına məxsus şirkətlərə verərək dövlət büdcəsindən ayrılan milyonları onların əli ilə silərək mənimsəyir. 



Xatırladaq ki, son 3 ildə Zaqatala şəhərinin abadalaşdırılması üçün dövlət büdcəsindən nə az, nə də çox, 30 milyon manata yaxın vəsait ayrılıb. Bu barədə AzMedia.info-nu məlumatlandıran mənbənin sölərinə görə, büdcədən ayrılan vəsaitlər hesabına görülən işlərin əksəriyyəti Mübariz Əhmədazədinin yaxın adamalrına məxsus şirkətlər tərəfindən görülüb. Həyata keçirilən abadlıq işlərini zamanı isə, həqiqətən də ciddi maliyyə maxinasiyaları baş verib. Belə ki, rayondakı binaların fasadlanması, küçələrin asvaltlanması, parkların yenidən qurulması, səkilərin təmiri, küçə hasarlarının salınması, onların üzlənməsi və digər tikinti işlərində qiymətlər bir neçə dəfə şişirdilib. Bu şişirtmələr əsasən tikinti matrealların qiymətlərində və işçi qüvələrinin əmək haqqında nəzərə çarpır. Sənədlərdə işçilərə yüksək maaş verildiyi göstərilsə də, əslində onlar qəpik-quruş alıblar. 



Yuxarıda qeyd etdiyimiz kimi, Zaqatala rayonu ölkənin turizm sahəsində ilk yerlərdən birini tutmasına baxmayaraq, icra başçısı Mübariz Əhmədzadə bu sahəyə yatırım qoymaq istəyən müstəqil sahibkarlara hər zaman problemlər yaradır. Bir qayda olaraq icra başçısının inhisarçı sisteminə aid olmayan heç kimə turizm biznesinə yatırım qoymaq, ya da turizm obyekti almaq imkanı tanınmır. Demək olar ki, icra başçısı və ətrafı turizm sktorunun 90 faizini öz nəzarəti altına alıblar. Zaqataladakı turzim obyektlərindəki qiymətlər isə od tutub yanır. Gösrəilir ki, dəfələrlə yerli iş adamları Mübariz Əhmədzadənin turizm monopoliyası ilə bağlı yuxarı instansiyalar şikayətlər etsələr də, həmin şikayətlər kimlərsə tərəfindən bloklanır və sonda yenə də Əhməd Əhmədzadənin qardaşının inhisarının toxunulmazlığı qorunur. 



Rayon sakinlərinin iddiasına görə, Mübariz Əhmədazədə və ətrafı yuxarı dairləri inandıra biliblər ki, Zaqatala rayonunun inkşafı üçün yatırım yatıranlar azad sahibkarlardır. Əslində isə həmin “azad sahibkrlar”ın arxasında məhz Əhmədzadələrə dayanır. Bu gün hər kəs bilir ki, Zaqatalada fəaliyyət göstərən turzm obyektlərinin 90 faizi Əhmədzadələrə məxsusdur. Əhmədzadələr qohumlarının adlarına otellər, obyektlər, istirahət mərkzələri açaraq bunu kənar yatırım kimi təqdim edirlər. 



Bundan başqa Zaqatala rayonun təhsil, səhiyyə, mədəniyyət və digər dövlət qurumlarınds baş verən korrupsiya özbaşınalıqların arxasındada məhz Mübariz Əhmədzadənin dayandığı iddia edilir. Çünki rayondakı bütün büdcə təşkilatların rəhbərləri icra başçısına yaxınlığı ilə seçilən şəxslərdir. Zaqatala kəndlərindəki səhiyyə ocaqları, orta məktəb, uşaq baxçaları, mədəniyyət evləri, klublar və digər sahələr acınacaqlı vəziyyətdə olduğu bildirilir. 



Zaqataladakı mənbə iddia edir ki, icra başçısı Mübariz Əhmədzadə son 3 ildə şəhərin abadlaşdırılması işindən külli miqdarda qazanc əldə edib. Buna misal olaraq Zaqatala şəhərindəki evlərin divarlarının və hasarların çay daşından üzlüklənməsini göstərmək olar. Həmin divarlara vurulan üzlük daşlarının haradan və neçəyə gətirilməsi isə, olduqca maraqlı təfərrüatlara malik olan bir prosesdir. Belə ki, sənədlərdə 1 kv.m çay daşı üçün 50 manat civarında pul xərcləndyi göstərilsə də, faktiki olaraq həmin üzlüklər elə Əhmədzadələr aid olan və Qax rayonu, İlusu kəndində yerləşən şəlalənin ətrafında fəaliyyət göstərən karyerdən gətirilir. Bu üzlüklər isə Əhmədzadələrə qəpik-quruşa başa gəlir. Belə ki, Mübariz Əhmədzadə həmin ərazidə İlisu kənd sakinlərini günəmuzdu 10 manata işlədir işlədir 10 manat müqabilinhər işçi hər gün 50 kv.m çay daşı təhvil verməlidir. Bu isə həm İlusu kənd sakinlərinin amansız şəkildə istimarından xəbər verir və həmçinin dövlət büdcəsindən külli miqdarda vəsait mənimsənilir. Çünki faktiki olaraq alış qiyməti 1 kv.m-i 50 manata sənədləşdirilən çay daşlarını Əhmədzadələr demək olar ki, qəpik-quruşa əldə edirlər. Kənd sakinləri isə gündəlik 10 manata Əhmədzadələr üçün çalışmağa məcbur olurlar. Çünki onların ailərinə başqa yerdən çörəkpulu aparmaları imkansızdır.



Mənbə bildirir ki, son üç ildə Zaqatala şəhərindəki evlərin və hasarların çay daşı ilə üzlənməsi prosesində Mübariz Əhmədzadənin qazancı milyonlarla manat olub. Xatırladaq ki, anoloji istimar qaydaları 18-19-cu əsrdə Afrikadakı mədənlərdə baş verirdi. Avropalılar qara dərili işçiləri bir qarın çörəyə işlədir, bir çox hallarda isə onları işləməklə öldürürdülər. Eyni vəziyyətin Əhmədzadə qardaşlarının İlisu karyerində 21-ci əsrdə baş verməsi isə ölkəmiz adına utancverici hal kimi qəbul olunmalıdır.



Qarşı tərəfin mövqeyini verməyə hazırıq.


Teqlər:
Bu xəbər cəmi 1490 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR