Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Xəbərlər » Xarici maşın sürənlərin nəzərinə - 26 gün vaxtınız var

Xəbərlər » Xarici maşın sürənlərin nəzərinə - 26 gün vaxtınız var


Hörmətli sürücülər və nəqliyyat vasitəsi sahibləri. Qanunvericiliklə müəyyən olunan qrafikə əsasən, MDB-dən kənar xarici ölkələrdə istehsal olunan minik avtomobilləri 1 may – 31 iyul aralığında texniki baxışa cəlb edilməlidir.  



Qanunvericiliyə əsasən, minik avtomobilləri və motosikletlər istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçirilməlidir. Bu zaman nəqliyyat vasitəsinin nə vaxt əldə edilməsinin heç bir əhəmiyyəti yoxdur. 



Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, bu ildən başlayaraq nəqliyyat vasitələrinə tətbiq olunan yol vergisi ləğv edilib. Ona görə də texniki baxışa gedən nəqliyyat vasitəsi sahibləri yalnız baxış üçün dövlət rüsumu ödəyəcəklər. Dövlət rüsumu isə avtomobillər üçün 20 manat, motosikletlər, habelə avtomobil qoşquları üçün isə 10 manat nəzərdə tutulmuşdur. Bu rüsumlar mühərrikin iş həcmindən və avtomobilin istehsal ilindən asılı olmayaraq bütün nəqliyyat vasitələri üçün eynidir. Texniki baxış zamanı həmin rüsumdan və rüsumu bank vasitəsilə ödədiyiniz halda 1 manatdan artıq olmayan bank xərcindən əlavə hər hansı ödəniş nəzərdə tutulmur və heç kəs belə ödənişi sizdən tələb edə bilməz. 



Nəqliyyat vasitəsini texniki baxışa təqdim edən hər kəs aşağıdakı sənədləri də təqdim etməlidir:



1) sürücülük vəsiqəsi; 



2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (nəqliyyat vasitəsi başqasının adına olduqda isə etibarnamə və ya icarə müqaviləsi); 



3) dövlət rüsumunun ödənilməsinə dair sənəd;



4) nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsi. 



Bundan başqa, texniki baxışa təqdim edəcəyiniz əsas şey saz vəziyyətdə olan nəqliyyat vasitənizdir. Nəqliyyat vasitəsinin sazlığına dair tələb “Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsində verilmişdir. Əgər avtomobiliniz, motosikletiniz və ya onların qoşqusu həmin Əlavədə nəzərdə tutulan tələblərə uyğun deyilsə, o cümlədən əlavə vasitələrlə (odsöndürən, dərman qutusu, qəza dayanma nişanı) təchiz edilməmişdirsə, texniki baxışdan keçməkdə probleminiz olacaq. Odur ki, nəqliyyat vasitənizin sazlığına xüsusi diqqət yetirməlisiniz. Bizdə olan məlumata görə, bu il DYP-də nəqliyyat vasitələrinin texniki baxışına diqqət bir qədər də ciddiləşdirilib. 



Nəqliyyat vasitənizin ilk dəfədən texniki baxışdan keçməməsini, yəni texniki tələblərə dair uyğunsuzluq aşkar edilməsini faciəyə çevirməyin. Qanunvericiliyə əsasən, texniki baxışa daxil olmuş hər bir nəqliyyat vasitəsi üçün texniki nəzarətçilər tərəfindən Müayinə Vərəqi tərtib olunur. Bu vərqdə avtomobilinizin müayinə edilən əsas aqreqat və detallarının sazlığı qeyd olunur. Əgər hər hansı aqreqat və detalda nasazlıq aşkar olunarsa, həmin vərəqdə bu qeyd olunur. Belə avtomobilin sahibinə nasazlığın mahiyyəti, xüsusən də qanunvericilikdə nəzərdə tutulan normativ tələb və konkret avtomobildə qeydə alınan göstərici bildirilməli, uyğunsuzluğun dərəcəsi izah edilməlidir. Sadəcə “avtomobiliniz nasazdır”, yaxud məsələn, “işıq cihazları nasazdır” - deyərək sürücünü yola salmaq olmaz. Daha sonra belə nasazlıq barədə Akt tərtib olunur. Həmin aktda aşkar edilən texniki nasazlıq və onun mahiyyəti göstərilir. Aktın surəti sürücyə verilir və ona izah edilir ki, belə nasazlıq aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi təkrarən texniki baxışa təqdim edilsin. Ona görə də texniki baxış zamanı nəqliyyat vasitənizdə nasazlıq aşkar edilərsə, həmin aktı alın, bunu bacarırsınızsa, özünüz, bacarmırsınızsa, təmir sahələrinin köməyi ilə həmin texniki nasazlıqları aradan qaldırın. Avtomobilinizdəki problem aradan qaldırıldıqdan sonra onu yenidən texniki baxışa təqdim edin.  



Nəzərə almaq lazımdır ki, texniki nasazlıq səbəbindən ilk dəfə baxışdan keçməyən nəqliyyat vasitəsini təkrarən baxışa təqdim edərkən əlavə dövlət rüsumu ödənilmir. 



Nəqliyyat vasitəniz texniki baxışdan keçdikdən sonra sizə müvafiq talon veriləcək. Həmin talonda növbəti dəfə texniki baxışdan keçirilmə ili və vaxtı (aylar) göstərilir. Talonu avtomobilinizin alın şüşəsinin aşağı sağ küncünə yapışdırmalısınız. 



Qanunvericiliyə uyğun olaraq, özünüzün harada yaşamasından və avtomobilinizin harada qeydiyyatda olmasından asılı olmayaraq avtomobilinizi DYP-nin istənilən qeydiyyat-imtahan və texniki baxış məntəqəsində texniki baxışa təqdim edə bilərsiniz. Avtomobilinizin sənədləri qaydasındadırsa, hər hansı ləngitmə və süründürməçilik olmadan avtomobiliniz texniki baxışa qəbul edilməli və müvafiq müayinələr aparılmalıdır. 



Nəzərə alın ki, müvafiq markalı nəqliyyat vasitəsi üçün texniki baxış müddətinin sonunu gözləmədən texniki baxışa getmək lazımdır. Adətən son günlər məntəqələrdə sıxlıq olur. Bəzi işbazlar isə belə sıxlıqdan istifadə edərək sizi artıq xərcə salmağa çalışırlar. Odur ki, indidən nəqliyyat vasitənizi texniki baxışa təqdim edin ki, hər hansı problem aşkara çıxdıqda onu aradan qaldırıb təkrar baxışa gəlmək üçün də vaxtınız olsun. 



Nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 300 manat cərimə olunur.


Teqlər:
Bu xəbər cəmi 1165 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR