Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Təhlükəsizlik tədbirləri görülmür, fəhlələrin həyatı təhlükə altındadır

Təhlükəsizlik tədbirləri görülmür, fəhlələrin həyatı təhlükə altındadır


 Mayın 19-da Binəqədi rayonunda yanmış 16 mərtəbəli binada təmir işləri sürətlə davam etdirilir. Məlumatlara görə, artıq binada xeyli iş görülüb. Təmir ən qısa müddət ərzində tamamlanacaq. Məlumatları dəqiqləşdirmək üçün əməkdaşımız binanın son vəziyyəti ilə maraqlanıb.



 





Binanın təmir olunub istifadəyə tam yararlı hala gətirilməsi üçün Nazirlər Kabineti tərəfindən 3 milyon manat vəsait ayrılıb. Binanın tikintisi “Azəraqrartikinti” ASC-yə həvalə olunub.



 





Ərazidə olduğumuz zaman tikinti işlərinin gedişatı ilə maraqlandıq. Daha doğrusu, maraqlanmağa çalışdıq. Tikintidə işləyən fəhlə və ustalardan istədiyimiz informasiyanı ala bilməyəcəyimiz üçün onlara yaxınlaşaraq, rəhbər şəxslərdən biri ilə görüşmək istəyimizi dedik.



 





Cavab olaraq, belə dedilər: "Foto çəkmək olmaz. Gözləyin, 5 dəqiqəyə rəhbərlik sizə yaxınlaşacaq". Gözlədik. Beş dəqiqə sonra bizə yaxınlaşan oldu, amma rəhbərlik yox, mühafizə... Bizi bayıra çıxararaq, qapını da bağladılar.



 





Yenə də gözlədik. Amma nə gələn oldu, nə də gedən. Yəqin ki, verəcəyimiz suallardan çəkindilər. Çünki çəkinəcək çox şeyləri var idi.



 





Misal üçün, tikintidə çalışan işçilərin heç biri təhlükəsizlik tədbirlərinə riayət etmirdi. Kəmərsiz və dəbilqəsiz işləyən işçilərin durumu növbəti faciədən xəbər verir. Hər an tikinti materiallarından biri onların başına düşə bilər.



 





Yuxarı mərtəbələrdə işləyən fəhlələrdən birinin ayağı sürüşsə, onun yerə düşməsini əngəlləyəcək kəmərlər yoxdur.



 





Məsələ bununla da bitmir. Bina qarşısındakı yolla hərəkət edən piyadaların təhlükəsizliyi də nəzərə alınmır. Tikinti gedən ərazidə qoruyucu çətir çəkilməyib. Əvvəllər burada polislər bu işə nəzarət etsələr də, artıq onlar da bu işlə məşğul olmurlar.



 





Gördüklərimizdən belə anladıq ki, məsuliyyətsizlik ucbatından 15 nəfərin ölümü, 56 nəfərin yaralanması ilə nəticələnən yanğın hadisəsi bəzilərinə kifayət etməyib. Faciənin baş verdiyi binanı təmir edən zaman yenə də məsuliyyətsizlik edilir.



 





Bbinanın tam şəkildə təmirinin bitməsinə gəlincə, “Azəraqrartikinti” ASC-nin rəhbəri, Milli Məclisin deputatı Ağalar Vəliyev bununla bağlı suala cavabında bildirib: “Bina oktyabrda təhvil veriləcək, bu müddətdə sakinlər binaya buraxılmayacaq. Bina tam təmirdən sonra sakinlərin istifadəsinə veriləcək”.



 





Xatırladaq ki, yanğının üzərindən bu qədər vaxt ötməsinə baxmayaraq, hadisənin hansı səbəbdən baş verməsi haqda rəy ortada yoxdur. Hələ də bilinmir ki, bina təsadüfi qığılcımdan alışıb, yoxsa bilərəkdən yandırılıb?



 





 



 





Yeni Müsavat



 





  



 





 



 





  


Teqlər:
Bu xəbər cəmi 650 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR