Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

`ASAN-ın bütün əməkdaşları vətəndaşların və Prezidentin etimadını doğrultmalıdır` - AÇIQLAMA

`ASAN-ın bütün əməkdaşları vətəndaşların və Prezidentin etimadını doğrultmalıdır` - AÇIQLAMA


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov saytımızın sorğusunu cavablandırıb. 



Anar Huseynov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlar Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri fəaliyyətə başladığı gündən etibarən xidmət fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı mütəmadi olaraq monitorinqlər və rəy sorğuları keçirir. Nəticələrə görə mərkəzlərdə vətəndaş məmnunluğu 98% təşkil edir. 



Vətəndaş məmnunluğunun daha da artırılması və etimadının qorunması, xidmətlərin rahatlıq, şəffaflıq prinsipləri çərçivəsində yüksək səviyyədə saxlanılması üçün davamlı şəkildə tədbirlər həyata keçirir. Beynəlxalq standartlara uyğun sosial innovasiyaların və idarəçilik metodlarının tətbiqi, insan resurslarının idarəolunması sisteminin təkmilləşdirilməsi də bu qəbildəndir. Bundan başqa dövlət qulluqçusu – vətəndaş münasibətinin yeni müstəviyə keçirilməsi, kadrların qiymətləndirilməsi və rotasiyası, yeni ixtisaslı kadrların cəlb olunması da müvafiq məqsədə xidmət edir.



Hazırda Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən 8 “ASAN xidmət” mərkəzində mindən çox əməkdaş çalışır. “ASAN xidmət” mərkəzlərinin inkişaf edən xidmət mərhələsində fəaliyyət prinsiplərinə uyğun olmayan əməkdaşları barəsində müəyyən dövrlər ərzində intizam tənbeh tədbirləri həyata keçirilib. 



Bu günədək Dövlət Agentliyinin 19 əməkdaşı intizam tənbeh tədbirinə cəlb olunub və 40-dan çox əməkdaş bu səbəbdən fəaliyyətdən kənarlaşdırılıb. Dövlət Agentliyinin sədrinin sabiq müavini Rəşad Abbasov fəaliyyəti dövründə əmək intizamının pozulmasına yol verib, bəzi hallarda verilən tapşırıqları vaxtında və tələb olunan səviyyədə yerinə yetirməyib. ASAN xidmətin bütün əməkdaşları tutduğu vəzifədən asılı olmayaraq vətəndaşların və Azərbaycan Respublikası Prezidentinin yüksək etimadını doğrultmalıdırlar və bu etimadın qorunub saxlanılması üçün hərtərəfli tədbirlər daim görüləcək. 



Xatırladaq ki, Rəşad Abbasov Azərbaycan Respublikasının Prezidentinin 9 iyun 2015-ci il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib.


Teqlər:
Bu xəbər cəmi 915 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR