Konfransda təşkilatın özəklərindən seçilmiş nümayəndələr iştirak edib. İşçi heyət seçiləndən sonra yiğıncaq öz işinə başlayıb. Təşkilatın sədri Ülfət Zeynalov geniş hesabat məruzəsi ilə çıxış edərək rayon təşkilatının fəaliyyəti, rayondakı ictimai-siyasi proseslər barədə məlumat verib. Daha sonra Nəzarət Təftiş Komissiyasının sədri Tural Əlizadə də hesabat məruzəsini çatdırıb. VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ölkədə baş verən ictimai-siyasi proseslər barədə məlumat verib və subyektiv fikirlərini bölüşüb. VHP-nin Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Nəsimi Tovuzlu partiyanın qurultay hazırlıqlarından danışıb. Konfrans iştirakçılarından RT sədrinin birinci müavini Zirəddin Verdiyev, Gənclır Təşkilatının sədri Səbuhi Hüseynov, Aqşin Qarazadə, Xasay Rüstəmov və İsmayıl Abdıyev çıxış edərək təşkilatın fəaliyyətindən danışıblar. Sonra seçki keçirilib. Ülfət Zeynalov təşkilatın sədri, 9 nəfər Məclis, 3 nəfər NTK üzvü və 5 nəfər VHP Qurultayına nümayəndə seçilib.