Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazirə hava proqnozlarına görə - Təşəkkür məktubu

Nazirə hava proqnozlarına görə -  Təşəkkür məktubu


Bakı Avropa Oyunları Əməliyyat Komitəsi “Bakı -2015 Avropa Oyunları” ərəfəsində göstərdiyi xidmətlərə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkür edib.







Bu barədə "Qafqazinfo"ya ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. O bildirib ki, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Atlet Xidmətləri və İdman Əməliyyatları Departamentinin müdiri Mark Honeybunn “Bakı-2015 Avropa Oyunları”ndan əvvəl və oyunların keçirildiyi müddətdə göstərdiyi meteoroloji və ekoloji müşahidələr, hava proqnozu və suyun analiz edilməsi xidmətlərinə görə Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırova təşəkkür məktubu göndərib. Məktubda deyilir:



“ Hörmətli cənab Nazir,



Bakı-2015 Avropa Oyunlarından əvvəl və oyunların keçirildiyi müddətdə Nazirliyinizin müvafiq qurumları tərəfindən göstərilmiş meteoroloji və ekoloji müşahidələrə, hava proqnozu və suyun analiz edilməsi xidmətlərinə görə Sizə öz təşəkkürümüzü bildirmək istəyirik.



Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Atlet Xidmətləri və İdman Əməliyyatları Departamenti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin oyunlara cavabdeh qurumları arasında hələ 2014-cü ilin noyabr ayından sıx əlaqələr yaradılmışdır. Məmnuniyyətlə bildiririk ki, yüksək professionallardan ibarət komandanızla ilk görüşdən qarşılıqlı inam və anlaşma əlaqələri yaranmışdır.



Oyunlar vaxtı Milli Hidrometeorologiya Departamenti əməkdaşlarının meteoroloji avadanlıqların quraşdırıldığı idman obyektlərində növbətçiliyi qrafikə uyğun təmin olunaraq meteoroloji məlumatlar və proqnozlar vaxtında BAOƏK-in mərkəzi qərargahına ötürülüb. Hava proqnozlarının yüksək keyfiyyətini əlavə qeyd edirik.



İlk Avropa Oyunlarının müvəffəqiyyətlə başa çatmasında Nazirliyinizin üzərinə düşən məsuliyyətli vəzifəni yüksək səviyyədə yerinə yetirdiyinizə və göstərdiyiniz dəstəyə görə Sizə və müəyyən etdiyiniz komanda üzvlərinə öz təşəkkürümüzü bildiririk”.


Teqlər:
Bu xəbər cəmi 1220 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR