Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Orta məktəblərdə 2 min saxta diplomlu müəllim çalışır

Orta məktəblərdə 2 min saxta diplomlu müəllim çalışır


Orta məktəblərdə 2 minə yaxın saxta yollarla diplom almış müəllim çalışır.



Bunu  Vyacheslav Sapunovun bloquna müsahibəsində təhsil naziri Mikayıl Cabbarov deyib.



«Biz dəqiq sayı bilmirik, amma haradasa 2 min saxta diplomlu şəxs, əsasən də Azərbaycanın rayonlarındakı orta məktəblərdə dərs deyir. Bu gün biz onların hamısını adbaad bilirik. Əldə etdiyimiz bütün məlumatları, o cümlədən onlara saxta diplom verənlərin adlarını da Baş Prokurorluğa vermişik. Onların arasında təhsil sistemindəki rəhbərlər də var. Mənim bildiyimə görə, Baş Prokurorluq onlarla bağlı iki dəfə məlumat yayıb. Hələ ki biz elə «müəllimlər»i dayandıracaq icazəni ala bilməmişik, siz nədən danışırsınız? Çirkabın mənbəyini bağlamadan suyu necə təmizləmək olar?».



Nazir həmin müəllimlərin hələ də orta məktəblərdə çalışdığına diqqət çəkir:



«Hələ ki, onlar işləyirlər. 2 min saxta diplomlu müəllimin birdən işdən çıxarılması bütün hallarda 2 min adamın işdən çıxarılması deməkdir. Digər tərəfdən, 2 min adamın hamısını birdən işdən çıxarıb onları kiminlə əvəz edəcəyik? Çətin dilemmadır. Özü də onların çoxu kənd məktəblərində dərs deyirlər. Və nəhayət, o insanların arasında, sadəcə, yalanın qurbanı olan insanlar var. Onlar tələbə olduqlarına ürəkdən inanıblar, dərsə, məşğələlərə gedib-gəliblər. Onlar üçün xüsusi jurnallar, cədvəllər açıq olub. Bundan başqa, onlar vakant yerlərə elan olunmuş müsabiqə üçün nazirliyə sənəd də təqdim ediblər. Sənədlərin yoxlanması prosesi zamanı aydın olub ki, Təhsil Nazirliyi belə diplomlar verməyib».


Teqlər:
Bu xəbər cəmi 705 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR